“Uber” 24 min sürücüsüz avtomobili istifadəyə verəcək
Bizi izləyin

Avto

“Uber” 24 min sürücüsüz avtomobili istifadəyə verəcək

İnternet vasitəsilə taksi xidməti göstərən “Uber” “Volvo” avtomobil şirkətindən 24 000 ədəd “XC90” model sürücüsüz avtomobil alacaq.

Publika.az xəbər verir ki, şirkətlər artıq 2019-cu ildən etibarən 3 il içində avtomobil alış-verişi etmək üçün müqavilə imzalayıb. Müqavilənin dəyəri hələ ki, açıqlanmayıb.

“Volvo” şirkəti verdiyi açıqlamada məqsədlərinin qlobal səviyyədə xidmət göstərən şirkətləri sürücüsüz avtomobillərlə təmin etmək olduğunu bildirib. “Uber”lə əldə edilən razılaşma da bu istiqamətdəki işlərin bir örnəyidir.

Razılaşma çərçivəsində satılan avtomobillər hazırda ABŞ-ın Arizona, Temp və Pisburq bölgələrində sınaqdan keçirilir.

Qeyd edək ki, “Uber” sürücüsüz avtomobilləri ilk dəfə keçən il ABŞ-da istifadəyə buraxmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm