Avto
Görmə əngəllilər üçün yeni avtomobil
“Ford” şirkəti gözdən əlil insanlar üçün inanılmaz layihə hazırlayıb.
Publika.az xəbər verir ki, şirkət yeni istehsal
etdiyi avtomobillərin pəncərəsindən arxada qalan mənzərəni hiss
etməyə imkan verən qurğu hazırlayacaqlar. İlk olaraq qurğunun
texnoloji funksiyaları haqqında məlumat verilib. Məlumata görə,
avtomobilin şüşələrinə yerləşdiriləcək peyzaj konturları vasitəsilə
insanlar şüşəyə toxunmaqla ətrafda baş verənləri hiss edəcək.
Şirkətin Miçiqan filialı satışa çıxarılması nəzərdə tutulmayan
“Feel the View” qurğusunun prototipini təqdim edib. Belə ki,
pəncərəyə bərkidilən kameralar şüşənin arxasındakı mənzərənin
fotoşəkilini çəkir. Sonra fotoşəkillər yüksəkkontrastlı monoxrom
təsvir olaraq xüsusi işıq diodlu indikatorlar vasitəsilə şüşədə
canlanır. Şüşəyə toxunan zaman isə müxtəlif gücə malik vibrasiyalar
tərəfindən rəng çalarlarını hiss etmək mümkün olacaq.
Məlumata görə, “Ford” şirkəti sözügedən qurğunu İtaliyanın görmə əngəlli insanlar üçün qurğular istehsal edən “Aedo” startapı ilə birgə hazırlayıb. İstehsalçılar qurğunun konsepsiyasının olduqca sadə olduğunu deyirlər. Mütəxəssislər bildirir ki, mənzərəni görə bilməyən insanlar üçün onu hiss etməyə imkan verən yeni dil yaradılıb.
Səbinə
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO