Argentinanın göndərdiyi hamilə qadın, qan rəngində şəlalə – SİRRLİ ANTARKTİDA - - FOTO
Bizi izləyin

Maraq dünyası

Argentinanın göndərdiyi hamilə qadın, qan rəngində şəlalə – SİRRLİ ANTARKTİDA - - FOTO

Antarktida ilə bağlı maraqlı faktlar

Dənizçilər, coğrafiyaçılar istisna olmaqla, demək olar hamı Antarktidanı planetimizin buzla örtülmüş, ən soyuq, ağ ayıların məskəninə çevrilən materik kimi tanıyır. Əslində isə bu materiklə bağlı bizim bilmədiyimiz çox maraqlı faktlar var.

Publika.az həmin faktları təqdim edir:

Burada nə vaxtsa ən yüksək "müsbət" temperatur mənfi 14 dərəcə təşkil edib.

Çoxlarımızın ağ ayıların məkanı hesab etdiyi buzlu materikin bu heyvanlarla heç bir bağlılığı yoxdur. Çünki ağ ayılar Arktikadadır. Burada ancaq pinqvinlərə rast gəlmək olar.

Antarktida Yer kürəsinin ən böyük səhrasıdır. Sonsuzluğa qədər uzanan qar örtüyü adamın gözlərini yorur.

Bura dünyanın ən soyuq məkanıdır. Antarktidada ən yüksək mənfi temperatur 93,2 mənfi təşkil edir.

Materikin bəzi yerlərində (Suxidə) son 2 milyon ildə bircə dəfə də olsa, qar, yağış yağmayıb.

Yer kürəsinin hər yerində (İslandiya, Qrenlandiya və şimal aayarımkürəsinə yaxın bir sıra adalar istisna olmaqla) rast gəlinən milçəklər, həşəratlar burada mövcud deyil.

Antarktida yeganə materikdir ki, burada sürünənlər olmur.

Materikin bəzi yerlərində küləyin sürəti saatda 320 kilometrə çatır.

Buradakı Erebus dağı Yer kürəsinin ən cavan fəaliyyətdə olan vulkan dağıdır.

Avstraliyadan 5,8 milyon kvadrat kilometr böyük olan materikin buz örtüyünün yaşı azı 40 milyon ildir. Buzun orta qalınlığı isə 1,6 kilometrdir.

Sən demə, dünyanın ən soyuq materikində də heç zaman donmayan göl varmış. Bu, isti hava axını ilə əlaqələndirilir.

Materikdə Çilinin şəhərciyi var. Burada məktəb, xəstəxana, mehmanxana, poçt bölməsi, internet, televiziya və mobil telefon şəbəkəsi mövcuddur.

Bütün Antarktida ərazisində cəmi bir bankomat var.

Dünyanın ən soyuq, küləkli, quru materiki yeganə yerdir ki, burada saat qurşağı yoxdur.

Antarktidada Yer kürəsinin şirin su ehtiyatının 80 faizi cəmləşib.

Burada qan rəngində şəlalə var. Ekspertlər onun rənginin qeyri-adi olmasını suyun tərkibindəki dəmirlə əsaslandırırlar.

2000-ci ildə burada dünyanın ən böyük aysberqi aşkar edilib. 11000 kvadrat kilometr olan aysberqin sahəsi Yamaykadan böyükdür.

1994-cü ilə qədər kontintentdə itləri arabalara qoşurdular. Artıq 21 ildir heyvanlardan bu məqsədlə istifadə etmək yasaq olunub.

Antarktidaya getmək istəyən hər bir şəxs ağıl dişini çəkdirməlidir.

Materikin buz örtüyü qravitasiyanın təsirindən bir qədər dəyişib.

Nə vaxtsa – təxminən 40 milyon il bundan əvvəl bura Kaliforniya kimi isti olub.

Belə kəskin iqlimə malik materikdə 7 kilsə mövcuddur.

1977-ci ildə Argentina Antarktidaya hamilə qadını göndərdi. Hökumət rəsmilərinin bir məqsədi vardı: - burada doğulacaq körpənin doğum haqqında sənədinə "Antarktida" sözü yazılsın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm