Maraq dünyası
Beynin cinsiyyəti yoxdur - MARAQLI
İsrailin "Tel Əviv" Universitetində bir qrup alimin apardığı araşdırmalar nəticəsində bəlli olub ki, beyin quruluşunu gözümüzdə canlandırdığımızda cinsiyyətlər arasında konkret bir fərqlilik görünmür.
Publika.az xarici mətbuata istinadən xəbər
verir ki, İsrailli, İsveçrəli və Alman araşdırmaçılardan ibarət
tədqiqatçı qrup, 1400 insanın maqnit-rezonans texnikasından
istifadə edərək beyin görünütülərini araşdırıb.
Araşdırmanın nəticələrinə görə bəzi beyin xüsusiyyətlərinə daha çox
kişilərdə, bəzilərinə isə daha çox qadınlarda rast gəlinib. Bəzi
xüsusiyyətlər isə həm qadın həm də kişi beynində müşahidə olunub.
Belə ki, "yalnız kişi" və ya "yalnız qadın" beyni olaraq
xarakterizə olunan beyinlər azlıq təşkil edib.
Araşdırmanın nəticələri ABŞ Milli Elmlər Akademiyasının "PNAS" adlı nəşr orqanında yayımlanıb.
Məqalədə alimlər yekdil olaraq "tam bir kişi beyni və ya tam bir
qadın beynindən söz gedə bilməz"- deyə bildiriblər.
Qeyd edək ki, 2013-cü ildə Amerika alimləri tamamilə fərqli
nəticələr əldə etmişdilər. Onlar qadın və kişi beynləri arasında
ciddi fərq olduğunu bildirmişdilər.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!