Hansı ölkə daha çox yatır?
Bizi izləyin

Maraq dünyası

Hansı ölkə daha çox yatır?

"Science Advances" adlı jurnalda yayımlanan araşdırmaya görə, insanların yuxuya ayırdıqları vaxt, yaşadıqları ölkəyə uyğun olaraq müəyyənləşir.

20 ölkədən minlərlə insanın iştirakı ilə reallaşan sorğu zamanı məlum olub ki, Avstriya, Belçika, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Hollandiyada insanlar 8 saatdan daha çox yatırlar. İsveçrə, İngiltərə, ABŞ, İtaliya, Almaniya və Braziliyada isə insanlar yuxuya 8 saatdan az vaxt ayırırlar.

Araşdırma göstərib ki, Yaponiya və Sinqapurda təxmini yuxu müddəti 7 saat 24 dəqiqə, Hollandiyada isə 8 saat 12 dəqiqədir.

Alimlər bu fərqi müxtəlif ölkələrdəki iş müddəti, insanların əyləncəyə olan düşkünlüyünün həddi və sağlam həyata üstünlük verib-verməmələri ilə əlaqələndirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm