Maraq dünyası
Yer sivilizasiyası tarixinin ən təhlükəli dövrünə daxil olub
Məşhur astrofizik Stiven Xokinq hesab edir ki, təcili Yer kürəsini tərk eləmək lazımdır.
Məşhur astrofizik Stiven Xokinq etiraf edib ki, onun üçün ən qeyri-adi kəşf kainatın sürətlə genişlənməsi olub: "1998-ci ildə məlum oldu ki, kainatın genişlənməsi təxmin edildiyi kimi zəifləmir, o, əksinə sürətlənir".
"Deyirlər ki, bunun səbəbi "qara enerji"dədir, lakin bu, sadəcə anlamadığımız məsələyə verdiyimiz bir addır. Xüsusilə, biz bilmirik ki, niyə bu dəyər sıfıra bərabər deyil və ya niyə sıfırdan yüksəkdir. Biz bu sürətin genişlənmə zamanı sabit qalıb qalmadığını da bilmirik", - deyə o əlavə edib.
İyirminci əsrin sonunadək hesab edilirdi ki, böyük partlayışdan sonra kainat genişlənir və bu genişlənmənin sürəti getdikcə zəifləyir. Lakin 1998-ci ildə tədqiqatçılar bu məlumatı təkzib edən sübutlar tapdılar. Yeni sübutlara əsasən, kainatın genişlənməsi sürətlə artır.
Bundan başqa Stiven Xokinq dünyanın sonunun gəldiyini bildirib. Onun sözlərinə görə, yaxın 1000 il ərzində dünya suni fəlakət nəticəsində məhv olacaq. Astrofizik bunun mümkün səbəblərini üç ssenari ilə bağlayır: nüvə müharibəsi, süni intellektin fəaliyyəti və ya genetik virus.
"Bu dünyadan qaçmazsaq axırımız yaxşı olmayacaq. Sivilizasiya tarixinin ən təhlükəli dövrünə giririk. Dünyadan yox olmağımız bir ana bağlıdır. Var olmaq üçün isə tək şansımız var. O da kainata yayılmaqdır", - deyə o bildirib.
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO