Tarixdə eşq ilk dəfə BELƏ ETİRAF EDİLDİ: “Yataq otağında bal..." - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Tarixdə eşq ilk dəfə BELƏ ETİRAF EDİLDİ: “Yataq otağında bal..." - - FOTOLAR

Bu şeir böyük ehtimalla hökmdar üçün seçilmiş bir gəlin tərəfindən deyilib

4000 illik tarixi olan bu eşq şeiri, 1889-ci ildə Bağdadın 150 kilometrliyində tapılıb. Lövhə 55 il əvvəl amerikalı şumeroloq Samuel Noah Kramer tərəfindən tərcümə edilərək, ingilis dilində təqdim olundu.

Şumer inancına görə, torpaq bərəkətli və məhsuldar olsun deyə hökmdarın ildə bir dəfə Bərəkət və Eşq Tanrısı Enlilin əvəzinə bir bakirə ilə evlənməsi inancı var idi. Bu şeir böyük ehtimalla hökmdar üçün seçilmiş bir gəlin tərəfindən yeni ildə deyilib.

Publika.az şumerli şair Ludinqirra tərəfindən dünyanın yazıya alınan ən qədim eşq şeirini təqdim edir:

Damadım, ürəyimin sevgilisi

Gözəlliyin böyükdür, baldan şirindir

Aslanım, ürəyimin qiymətlisi

Gözəlliyin böyükdür, baldan şirindir

Mənim qiymətli oxşayışlarım baldan şirindir

Yataq otağında bal doludur

gözəlliyinlə həzz alaq

Aslanım, səni oxşayım

Mənim qiymətli oxşayışlarım baldan şirindir

Damadım, məndən zövq aldın?

Anama söylə, sənə gözəl şeylər verəcək

Atam, sənə hədiyyələr verəcək.

Sən məni sevdiyin üçün

Lütf et mənə oxşayışlarını

Mənim Tanrım, mənim qoruyucum

Tanrı Ellilin ürəyini məmnun edən Şusinim

Lütf et mənə oxşayışlarını

Dilrubə Vaqifzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm