29 NOYABR
Bizi izləyin

Maraq dünyası

29 NOYABR

1928-ci il. Görkəmli Azərbaycan rəssamı, pedaqoq, professor, Azərbaycan və SSRİ Xalq Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun ad günüdür. Azərbaycan neftçiləri haqqında silsilə əsərlər rəssamın yaradıcılığında xüsusi yer tutur. T.Salahovun əsərləri dünyanın müxtəlif ölkələrinin ən iri muzeylərində, şəxsi kolleksiyalarda saxlanılır.

1899-cu il. “Barselona” futbol klubunun əsası qoyulub. Joan Hamperin başçılığı ilə bir qrup isveçrəli, britaniyalı, ispaniyalı və kataloniyalı futbolçu tərəfindən yaradılan klub Kataloniyanın rəmzlərindən birinə çevrilib: “Més que un club”, yəni “Klubdan da artıq” devizi belə yaranıb.
1947-ci il. BMT Baş Məclisi Fələstin ərazisində ərəb və yəhudi dövlətlərinin yaradılması haqqında qətnamə qəbul edib. BMT-nin Fələstinin bölünməsinə dair planı Fələstində Britaniya mandatının 1948-ci il avqustun 1-i üçün qüvvədən düşməsini nəzərdə tutur və onun ərazisində iki dövlətin yaranmasını tövsiyə edirdi. BMT-nin qərarına görə, Qüds və Beytləhm beynəlxalq nəzarət altında ərazi olmalı idi.
Oxumağa davam et
Reklam
Reklam

Gündəm