Maraq dünyası
3500 il yaşı olan şalvar tapıldı və ermənilərin əsil kimliyi ortaya çıxdı – - FOTO
Məşhur arxeoloq Jörg Vaqner 2014-ci ilin sonunda Şərqi
Türküstanın Turfan şəhəri yaxınlığında apardığı qazantılarda 500-ə
yaxın məzar tapıb.
Publika.az xəbər verir ki, məzarlarda müxtəlif əşyalarla
yanaşı, 3 min 500 yaşı olan şalvarın tapılması elm aləminin
diqqətini çəkib.
Bu, dünyanın ən qədim şalvarı olaraq qəbul edildi. Təxminən 1 metr
4 santimetr uzunluğunda olan şalvarın dizində qəribə naxışların
olması da diqqəti çəkirdi.
Türkiyəli tədqiqatçı Mustafa Aksoy isə ən qədim şalvarın üzərindəki
naxışların Şərqi Türküstandan Şərqi Qaradənizə qədər olan bölgədə,
xüsusilə Anadoluda kilim və corabların üzərindəki naxışlarla eyni
olduğunu ortaya çıxarıb.
3 min 500 illik naxışlar Türkiyənin Rizə vilayətinin Həmşin
əyalətindəki əllə toxunan corabların üzərindəkilərlə eynidir. Bu,
erməni diasporunun illərdir Həmşin əyaləti ilə ortaya atdığı
iddiaları alt-üst edib.
Erməni diasporunun iddiası
Onların iddiasına görə, Həmşin əyalətində yaşayanlar 1800-cü
illərdə Osmanlının təzyiqi ilə dinlərini dəyişdirmək
məcburiyyətində qalan ermənilərdir. Ən qədim şalvarın üzərindəki
naxışlar isə bu iddiaları bir daha ortadan qaldırır.
Türkiyəli araşdırmaçılar da Azərbaycan alimlərinin ermənilər
haqqında dediklərini təsdiqləyib. Artıq təsdiqlənmiş dəlillərə
görə, ermənilər müxtəlif yerlərdə başqa dövlətlərin rəhbərliyi
altında yaşan xalq olub və bu xalqın heç vaxt dövlət ərazisi
olmayıb.
Asif
-
MDB23:12
Rusiya müdafiə nazirinin müavini SAXLANILDI
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı