• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Onların bədən üzvləri hələ də saxlanılır - FOTO

Onların bədən üzvləri hələ də saxlanılır

Tarixi şəxsiyyətləri əşyalarına, geyimlərinə olan marağı anlamaq olar, ancaq birinin cinsi orqanı xatirə kimi saxlamaq və bununla kifayətlənməyib ona sitayiş edən bir təriqət qurmaq nə dərəcə də məntiqlidir?

Publika.az bədən orqanları hələ də qorunan tarixi şəxsiyyətləri təqdim edir

1. Bethovenin qulaq sümükləri.

Bethovenin 1827-ci ildə vəfatından sonra həkimlər bu kar bəstəkarın qulağı üzərində təcrübə aparmaq istəyirdilər. Ancaq yarılma yamanı çıxarılan qulaq sümükləri oğurlanır. Tibb bacısı tərəfindən oğurlanan qulaq sümükləri başqa bir həkimə satılır. Qulaq sümükləri 2005-ci ilə qədər tapılmır. 2005-ci ildə vyanalı ailə sümüklərin onlarda olduğunu deyir. Nəsildən nəslə ötürülən sümüklər sonunda tapılır və hazırda Kaliforniya San Cose Əyalət Universitetində sərgilənir.

2. Eynşteynin beyni.

20-ci əsrin ən böyük fiziklərindən olan Eynşteynin beyni, ölümündən dərhal sonra dahiliyinin sirrini tapmaq məqsədi ilə çıxarılaraq üzərində araşdırmalar edilir. İlk çalışmanın ardından beyni oğurlanır. 1978-ci ildə Dr. Tomas Stoltz Harvey beyni tapır. 2010-ci ildə beyin Tibb Milli Muzeyinə təhvil verilir.

3. Qalileyin orta barmağı.

İtalyan intibah dövrünün elm xadimi və riyaziyyatçısı Qalileo Qalileyin orta barmağı 95 yaşında vəfat edən kimi kəsilib çıxarılır. Əsrlər boyu əldən ələ gəzən barmaq hal-hazırda Florensiya Tarix və Elm Muzeyində sərgilənir.

4. Rasputinin cinsi orqanı.

Rasputin sonuncu Rusiya çar ailəsinin türkəçarə həkimi və öncə görəni idi. 1916-ci ildə zəhərlənib, güllələnib və sonunda boğularaq öldürülən Rasputinin cinsi orqanı ölümündən sonra kəsilmişdir. 1920-ci illərdə bir qrup rus qadınının qurduğu təriqətdə sitayiş edilən cinsi orqan, bacısı tərəfindən götürülümüşdür. Bu gün Sankt-Peterburqda yerləşən Rusiya Erotik Muzeyində sərgilənir.

5. Napoleonun cinsi orqanı.

İddiaya görə, 1821-ci ildə ölümündən sonra yarılaraq həkim tərəfindən cinsi orqanı götürülmüşdür. 1970-ci ildə amerikalı uroloq Con Kinqsley Lattimer 3 min dollar qarşılığında Napoleonun cinsi orqanının yerdə qalan hissəsini satın almışdır.

6. Buddanın dişi.

Buddizmin qurucusu Qautama Budda 6-cı əsrdə ölüb bədəninin yandırılmasından sonra müqəddəs hesab olunan dişi saxlanmışdır. Bu gün Qautamanın dişi, Şri Lankada sərgilənir.

7. Tomas Edisonun son nəfəsi.

Texniki olaraq, bədən hissəsi olmasa da Edisonun son nəfəsini saxlayıblar. Henri Ford Muzeyində sərgilənən balonun içərisində Tomas Edisonun son nəfəsi olduğu iddia edilir. Ford ilə Edison yaxın dost idi, ömrünün son illərini Edison, Fordun yanında keçirdi. 1947-ci ildə ölmədən əvvəl Henri Ford, Edisonun oğlundan atasının son nəfəsini balona verməsini istəyib.

8. Avraam Linkolnun sümük hissələri.

ABŞ-ın sui-qəsdlə öldürülən prezidenti Linkolnun ölən kimi həkimlər kəllədə olan gülləni çıxarmağa çalışırlar, bunun nəticəsində Linkolnun kəlləsindən hissələr qopur. Həkimlər də bu hissələri saxlayırlar. Amerikada Milli Səhiyyə və Tibb Muzeyində həmin beyin sümüyünün hissələri sərgilənir.

9. Çe Gevaranın saçı.

1967-ci ildə Boliviya meşələrində öldürülməsindən sonra MKİ xəfiyyəsi Çenin saçından bir hissə kəsilir. Çenin barmaq izləri, bədənindən çıxarılan güllə və saçları 119500 dollara satılır.

10. Benito Mussolininin beyni.

1945-ci ildə edam edilən Mussolininin beyni, üzərində təcrübə aparılmaq üçün ABŞ hökuməti tərəfindən İtaliyadan tələb edilir. 1966-ci ildə, ölümünün ardından 21 il keçdikdən sonra beynin bir qismi dul yoldaşı Rakel Gidi Mussoliniyə verilib. 2007-ci ildə “e-bayd”a hərraca çıxarılan beyinə 22 min dollara alıcı tapılır.

Dilrubə Vaqifzadə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR