Həyat yoldaşının telefonunu yoxlayan qadınları - Həbs gözləyir
Bizi izləyin

Maraq dünyası

Həyat yoldaşının telefonunu yoxlayan qadınları - Həbs gözləyir

Səudiyyə Ərəbistanında hər şeyə maraq göstərən qadınlar üçün yeni qaydalar tətbiq olunub.

Bundan sonra ərinin telefonunu yoxlayan xanımları həbs və ya şallaq cəzası gözləyəcək.

Publika.az-ın məlumatına görə, Böyük Britaniya mediası yazır ki, krallıqda həyat yoldaşının telefonunu yoxlamaq özəl həyatın toxunulmazlığının pozulması kimi qiymətləndirilir. Vəkil Məhəmməd əl-Temyat deyib ki, belə vəziyyətdə qadının taleyi ərinin əlində olacaq. O istəsə, xanımını məhkəmə qarşısına çıxara bilər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında həyat yoldaşının telefonuna göz gəzdirən xanımların cəzalandırılması məsələsi, bu kimi halların hədsiz çoxalması üzündən aktuallaşıb. Onlar məsələnin çözümünü dini dairələrdə axtarıb. Din xadimləri isə belə qərara gəlib ki, qadının ərinin özəl həyatına müdaxilə etməsi günahdır və xəbərdarlığa məhəl qoymayan xanımlar cəzalanmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm