Ən qəribə boşanma səbəbləri
Bizi izləyin

Maraq dünyası

Ən qəribə boşanma səbəbləri

Oxuyun və ayrılmaq üçün bu səbəblərin nə dərəcə yetərli olduğuna özünüz qərar verin.

Bəziləri evliliyi sevginin bitdiyi gün kimi qiymətləndirsələr də, psixoloqların sözlərinə görə cütlüklər arasında əsil sevgi evləndikdən sonra başlayır.

Ümumiyyətlə, evlilik çox çətin qəbul edilən qərar hesab edilsə də, təəssüflər olsun ki, bəzən tərəflər “onu” tapana qədər nə qədər əziyyət çəkdiklərini unudub ən xırda bir səbəbə görə ayrılmağa qərar verirlər.

İndi sizə tarixə ən qəribə boşanma səbəbləri kimi yazılan bir neçə hadisə barədə məlumat vermək istəyirik. Oxuyun və ayrılmaq üçün bu səbəblərin nə dərəcə yetərli olduğuna özünüz qərar verin.

  • Qadını təmizlik düşkünü olduğu üçün hər cür ev işləri görməyə öyrəşən kişi evliliklərinin 15-ci il dönümündə həyat yoldaşı ondan mənzillərinin çirkli görünən divarını söküb yenisini tikməyini istədiyi gün boşanmaq haqqında ərizəylə məhkəməyə müraciət edib.
  • Ailə həyatı qurarkən həyat yoldaşına 24 yaşı olduğunu deyən qadının sirri 10 ildən sonra açılıb. Onunla evlənərkən əslində xanımının 30 yaşı olduğunu öyrənən kişi elə həmin gün onunla yollarını ayırmaq qərarına gəlib.
  • Tutuquşusunun hər gün ona “boşan”, “səbirli ol” deməyi qadında elə təsəvvür yaradıb ki, əri onu aldadır. Bu “faktı” əlində bayraq tutan qadın həyat yoldaşından ayrılmaq üçün məhkəməyə müraciət edib.
  • 60 illik evlilik həyatından sonra boşanma qərarı alan cütlüyün hekayəsi də olduqca maraqlıdır. 99 yaşlı kişi 1940-ci ildə köhnə sevgilisinin 96 yaşlı həyat yoldaşına yazdığı məktubu tapıb, məktubu oxuyub bitirdikdən sonra boşanmaq üçün məhkəməyə müraciət etdi. Onlar ən gec boşanan cütlük kimi tarixə düşüb.
  • Fransız bir qadın isə gün ərzində həyat yoldaşı onunla 20 dəfə cinsi əlaqədə olduğuna görə boşanmaq üçün məhkəməyə müraciət edib. Məhkəmənin nəticəsində isə ərindən 14.000 dollar təzminat almağa nail olub.
  • Heç vaxt anasının yanından ayrılmayan bəy bal ayına da anası ilə birgə getmək qərarına gəlincə təzə gəlin evlilikərinin üçüncü həftəsində boşanmaq üçün məhkəməyə müraciət edib. (bildirchin.az)
Oxumağa davam et
Reklam
Reklam

Gündəm