102 mənzilli QEYRİ-ADİ BİNA
Bizi izləyin

Maraq dünyası

102 mənzilli QEYRİ-ADİ BİNA

102 mənzilli bina 52 birotaqlı, 25 iki və 15 üçotaqlı mənzillərdən ibarətdir.

İspaniyanın “Dosmasuno Arquitectos” şirkətinin arxitektorlarının layihəsi əsasında Madrid şəhəri yaxınlığında çoxmənzilli evin tikintisi yekunlaşdırılıb.

Publika.az xəbər verir ki, 102 mənzilli bina 52 birotaqlı, 25 iki və 15 üçotaqlı mənzillərdən ibarətdir. Qeyri-adi binanın əsas korpusunun strukturuna yüngül polad modullar quraşdırılıb.

Arxitektorların fikrincə, belə bir sistem konstruksiyanı yüngülləşdirməklə, inşaat zibilinin yığılmasının qarşısını almaq məqsədi daşıyır. Bu cür sistemin quraşdırılması isə cəmisi bir gün çəkir.

Fasadın ağ rəngdə rənglənməsi təsadüfi deyil. Belə ki, ağ rəng gün şüasının bir hissəsini udmaqla, otaqların ventilyasiyasını yaxşılaşdırır ki, bu da Madrid kimi isti havası olan şəhər sakinləri üçün çox aktualdır. (azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm