7 DEKABR
Bizi izləyin

Maraq dünyası

7 DEKABR

1875-ci il. Azərbaycan Xalq Cümhuriyyətinin ilk Baş naziri Fətəli xan Xoyski (1875-1920) anadan olub. Moskva Universitetinin hüquq fakültəsini bitirdikdən sonra bir sıra dairə məhkəmələrində işləyib. Yekaterinador dairə məhkəməsində prokuror müavini təyin edilməsi onun fəaliyyətində mühüm mərhələ olub. Yelizavetpol (Gəncə) quberniyasından II Dövlət Dumasına deputat seçilən Fətəli xan parlamentin iclaslarında çar hökumətinin müstəmləkəçilik siyasətini kəskin tənqid edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin memarlarından olan Fətəli xan yeni qurulan respublikanın ilk Baş naziri, həmçinin daxili işlər, xarici işlər, ədliyyə, hərbi naziri vəzifələrində çalışıb. Cümhuriyyətin süqutundan sonra Tiflisə gedən Fətəli xan 1920-ci il iyunun 19-da erməni terrorçuları Aram Yergenyan və Misak Qriqoryan tərəfindən qətlə yetirilib.

1918-ci il. Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (Füzuli adına Əlyazmalar İnstitutunun binası) Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin təntənəli açılışı olub. Bu, bütün müsəlman Şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi.

E.ə. 43-cü il. Qədim Roma filosofu, natiq və siyasi xadim Mark Tulli Siseron (e.ə. 106-e.ə. 43) edam edilib.

1787-ci il. Delaver ştatı ABŞ Konstitusiyasını təsdiq edən ilk ştat olub.

1907-ci il. İngiltərəli Yugen Korri (1857-1933) boks tarixində ilk dəfə rinqdə hakimlik edən referi kimi tarixə düşüb. O, karyerası ərzində 2 mindən çox qarşılaşmada hakimlik edib.

1941-ci il. Yaponiya Hərbi Dəniz Qüvvələri 353 təyyarə ilə ABŞ-ın Perl Harbor limanındakı donanmasına hücum edib. Hücum nəticəsində ABŞ ordusunun 2403 hərbçisi həlak olub. Bu, hücumun ertəsi günü ABŞ Yaponiyaya müharibə elan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm