8 DEKABR
Bizi izləyin

Maraq dünyası

8 DEKABR

1989-cu il. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları silahlı hücumlarla müşayiət olunmağa başlayıb. Erməni silahlı dəstələrinin Azərbaycanın sərhəd bölgələrinə intensiv basqınları baş verib. Bu zaman azərbaycanlıların Ermənistandan deportasiyası tamamilə başa çatdırılıb, Dağlıq Qarabağdakı azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirilməyə başlanılıb. Dekabrın ikinci yarısında erməni silahlı dəstələrinin təxribatçı hücumları keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənara çıxıb.

1991-ci il. Belarusun Brest şəhəri yaxınlığındakı “Belovejskaya Puşşa” qoruğundakı “Viskuli” hökumət iqamətgahında Rusiya, Ukrayna və Belarusun rəhbərləri Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında” bəyanat imzalayıblar. Həmin sənədlə SSRİ-nin təşkilinə dair 1922-ci il 30 dekabr tarixli ittifaq müqaviləsinə xitam verilib. Bununla da Sovet İttifaqı yaranmasının 69-cu ildönümünə üç həftə qalmış süqut edib.

1901-ci il. Azərbaycan teatrının görkəmli simalarından biri, SSRİ xalq artisti Mərziyə Davudovanın doğum günüdür (1901-1962). Mərziyyə Davudova Cəfər Cabbarlı, Hüseyn Cavid, Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn, Ənvər Məmmədxanlı kimi Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, rus və Qərbi Avropa ədiblərinin də tamaşalarında bir-birindən fərqli və mürəkkəb qadın obrazları yaratmışdı. Geniş yaradıcılıq diapazonuna malik olan Mərziyyə Davudova “Hacı Qara”, “Bir ailə”, “Bakının işıqları”, “Bir məhəllədən iki nəfər”, “Koroğlu” və digər filmlərə çəkilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm