Onlar 35 ildən sonra planetimizi tərk edəcəklər
Bizi izləyin

Maraq dünyası

Onlar 35 ildən sonra planetimizi tərk edəcəklər

Onların planetimizdəki ümumi sayı 26 mindən 9 minə qədər azalacaq.

35 ildən sonra ağ ayıların kökü tamamilə kəsiləcək. Alimlər xəbərdarlıq ediblər ki, buzlaqların əriməsi səbəbindən 35 ildən sonra qütb ayıları tamamilə yox olacaq.

Sputnik xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Vəhşi heyvanların və balıq resurslarının Mühafizəsi Xidmətinin mütəxəssisləri bu qənaətə havanı təhlil etdikdən sonra gəliblər.

Mütəxəssislərin hesablamalarına görə, 35-40 ildən sonra ayıların 35-80%-i məhv olacaq, onların planetimizdəki ümumi sayı 26 mindən 9 minə qədər azalacaq. Əgər bu azalmanın miqdarı çox olsa, onda ağ ayıların bütün növləri məhv olma təhlükəsi ilə üzləşəcək. Alimlərin apardığı dəqiqləşməyə görə, buzların əriməsi qütb ayılarının qida əldə etmək imkanlarını məhdudlaşdırır. Onların çoxu aclıqdan və qida uğrunda apardıqları mübarizə zamanı həlak olurlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm