ARAŞDIRMA: əgər tənha və subaysınızsa, deməli...
Bizi izləyin

Maraq dünyası

ARAŞDIRMA: əgər tənha və subaysınızsa, deməli...

Subaylara bəd xəbər!

Mütəxəssislər bildirib ki, subay və tənha yaşayan insanlar daha erkən yaşlarda ölür.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Duke Universitetinin tədqiqatçıları bildirib ki, subay və tənha yaşayan insanların iflic olma riski evlilərlə müqayisədə 70 faiz daha çoxdur. Onların sözlərinə görə, evli olan iflic xəstələri daha sürətlə yaxşılaşır. Bunun səbəbi isə xəstəliyin müalicəsi ərzində onların qayğılarına qalan şəxslərin olması və yalnız qalmamalarıdır.

Tədqiqatçılar evlənib boşandıqdan sonra yenidən evlənməyənlərin heç evlənməyənlərlə müqayisədə daha sağlam olduqlarını da iddia edib. Bundan başqa, ailə münasibətlərinin pis olması da insanın səhhətinə mənfi təsir göstərir.

Aparılan araşdırmalara görə, boşanmış şəxslərin 23 faizi, dul qalmış inanların isə 25 faizi iflicdən əziyyət çəkir. Bir neçə dəfə boşanan insanlarda bu rəqəm 39 faizə, bir neçə dəfə dul qalanlarda isə 40 faizə qədər qalxır.

Tədqiqatın rəhbəri Riçard Françes bildirib ki, alimlər evlilik münasibətlərinin və mədəni əlaqələrin sağlamlıq üçün əhəmiyyətli rola malik olub-olmadığını öyrənməyə çalışıb:

“Son araşdırmaya görə, iflic və ya infarkt kimi xəstəliklərin müalicəsində evliliyin rolu mühümdür. Müalicənin müsbət istiqamətdə getməsi üçün xəstəlik prosesində psixoloji və mənəvi dəstək görməsi vacibdir".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm