Rusiyalı alimlər yeni göbələk növü tapdı
Bizi izləyin

Maraq dünyası

Rusiyalı alimlər yeni göbələk növü tapdı

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) alimləri Rusiyanın Tver vilayətində yeni növ “Entoloma krutiсianum” göbələyini aşkarlayıblar. Tədqiqatın nəticələri “Persoonia” jurnalında dərc olunub.

Publika.az xəbər verir ki, yeni növ göbələk 2015-ci ilin payızında Тver vilayətində aparılan ekspedisiya zamanı aşkarlanıb. Göbələyin bu növü şam meşələrində bitir. “Entoloma krutiсianum” göbələyi yeyilməyəndir.

Mütəxəssislər ekologiyanın bu sahəsi üzrə tədqiqatlara ehtiyac olduğunu bildiriblər. Onlar bu tədqiqatların mühafizə edilən təbiət əraziləri üçün daha aktual olduğunu söyləyiblər. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm