16 YANVAR
Bizi izləyin

Maraq dünyası

16 YANVAR

1920-ci il. Parisdə Millətlər Liqasının ilk iclası keçirilib. Birinci Dünya müharibəsini bаşа çatdırmaq üçün 1919-cu ilin аprеlində Parisdə keçirilən sülh danışıqlarının yekununda yaradılan Millətlər Liqası təəssüf ki, sülh və təhlükəsizliyin qоrunmаsındа səmərəsiz oldu. Millətlər Cəmiyyəti 26 il müddətində fəaliyyət göstərdi və bu dövrdə yol verilən səhvlər təşkilatın dağılmasına təsir göstərdi.

1973-cü il. “Luna 21” kosmik stansiyası Ay səthinə uğurlu eniş edib.

1979-cu il. Həyati təhlükə ilə üzləşən sonuncu şah Məhəmməd Rza Pəhləvi və ailəsi İranı tərk edib. Əvvəlcə Misirə pənah aparan şah və ailəsi sonra Mərakeşə, Baham adalarına və Meksikaya üz tutub. Lakin şahın səhhətində yaranan problemlər onları Amerikaya getməyə məcbur edib. Rza Pəhləvi qan xərçəngindən əziyyət çəkirdi. Amerikaya gedişi ilə iki ölkə arasında siyasi böhran yaradan şah sonda çarəsiz şəkildə Misirə qayıdıb. 1980-ci il iyulunda o, Misirdə vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm