Çin əsgərlərinin təlimi dünyanı heyrətə saldı - - VİDEO
Bizi izləyin

Maraq dünyası

Çin əsgərlərinin təlimi dünyanı heyrətə saldı - - VİDEO

Çin əsgərlərinin təlimi dünyanı heyrətə saldı

İnternetdə Çin ordusunun fantastik sıra hazırlığını nümayiş etdirən video yayılıb.

Publika.az xəbər verir ki, qısa zamanda video izləmə rekordu qırıb. Həmçinin videoda ordunun yüksək sıra hazırlığına nail olma metodikası xüsusi diqqət cəlb edir.

Qeyd edək ki, İsveçrənin ən məşhur "Research Institute Credit Suisse" maliyyə qrupu Çini ABŞ və Rusiyadan sonra dünyanın üçüncü ən güclü ordu elan edib.

Ümumiyyətlə, Çinin silahlı qüvvələri son bir neçə ildə sürətlə inkişaf edib. Ölkə ildə 216 milyard dollar müdafiə büdcəsi istifadə edir və bu rəqəm Rusiyanın hərbi büdcəsindən daha çoxdur.

Çin ordusunda 2.333.000 fəal cəbhə şəxsi heyəti və 2.860 təyyarə, 9.150 tank və 67 sualtı gəmi var. Dünyaca məşhur olan bəzi ekspertlərin fikrincə, Çin potensial qüvvə baxımından ABŞ və Rusiyadan daha güclüdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm