Maraq dünyası
18 YANVAR
1778-ci il. İngilis dəniz səyyahı Ceyms Kuk Havay adalarını kəşf edən ilk avropalı olub. Həmin vaxt C.Kuk Havay adalarını “Səndviç adaları” adlandırmışdı.
1871-ci il. Prussiya krallığının Fransa imperiyası üzərində qələbəsindən sonra Versal sarayında birləşmiş alman dövlətlərinin əsasında Almaniya imperiyası yaradılıb. İmperiya Almaniyanın Birinci Dünya müharibəsində məğlubiyyətinə qədər yaşadı.
1886-cı il. İngiltərədə Xokkey Assosiasiyasının yaradılması ilə müasir xokkeyin əsası qoyulub.
1896-cı il. Rentgen cihazı ilk dəfə Nyu-Yorkda nümayiş etdirilib. Həmin dövrdə şüanın xarakteristikası fizikaya bəlli olmadığına görə ona “X şüası” adı verilmişdi.
1903-cü il. ABŞ Prezidenti Teodor Ruzveltin Britaniya Kralı VII Eduarda göndərdiyi radio mesajı Atlantik okeanı üzərindən ötürülən ilk rabitə əlaqəsi olub. Bu ixtiranın – radionun müəllifi olan italiyalı elektrik mühəndisi Qulyelmo Markoni 1909-cu ildə simsiz teleqrafiya sahəsindəki xidmətlərinə görə fizika üzrə Nobel mükafatına layiq görülüb.
1911-ci il. Tarixdə ilk dəfə olaraq, təyyarənin gəmi göyərtəsinə enişi həyata keçirilib. Pilot Yugen Elinin idarə etdiyi təyyarə ABŞ-a məxsus “Pensilvaniya” gəmisinin göyərtəsinə enib.
1919-cu il. Birinci Dünya müharibəsinin başa çatmasından sonra Versal sülh konfransı işə başlayıb. Konfransda dünya dövlətlərinin yeni sərhədləri müəyyən edilib.
-
Hadisə19:50
Bakıda bazardakı yanğın söndürüldü - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Magazin119:48
Oğlu Cavanşir Məmmədovun məzarı önündə göz yaşı tökdü - VİDEO
-
Cənubi Qafqaz19:12
Ermənistan KİV-i Bağanis Ayrımla bağlı yeni MƏLUMAT YAYDI
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü