Maraq dünyası
Bu balıqlara toxunan ölür - – FOTOLAR
Aralıq dənizinin Türkiyə sahillərində “Pterois” adlanan zəhərli balıqlar tapılıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər bu balıq növlərinin Türkiyə sahillərində görünməsindən təəccüb hissi keçirdiklərini bildirir.
Mütəxəssislər deyir ki, Türkiyədə “zəhərli aslan balığı” kimi tanınan “Pterois” Hind və Sakit okeanın qərbindəki mərcan adaları sahillərində yaşayır. Bu balıq növü həddindən çox zəhərli olduğu üçün insan həyatına da ciddi təhlükə yaradır.
“Pterois” balığı sahilə yaxın olan və 50 metr dərinlikdə ərazilərdə yaşadığı üçün, bəzən insan ölümlərinə də səbəb olur.
Uzunluğu 40 santimetr olan bu balıq növləri gözlərinin üzərində və ağızlarının altında nazik zəhərli tikanlara malikdir. Həmin tikanlar insan bədəninə toxunduqda, adamda bir neçə gün güclü qızdırma, tərləmə və nəfəs alma problemi yaşanır. Hətta, bu, insan ölümü ilə də nəticələnir.
Alimlər bildirir ki, “Pterois” balığına bəzən “okeanın zəhərli ilanı” da deyilir.
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?