Qaxda sirli-sehrli ev - Gizli mesaj ötürülür? - - FOTO/VİDEO
Bizi izləyin

Maraq dünyası

Qaxda sirli-sehrli ev - Gizli mesaj ötürülür? - - FOTO/VİDEO

Evin daşlarının üzərinə su düşdükdə ərəbcə yazılar üzə çıxır.

Qədim tarixə malik olan İlisu kəndində 1800-1900-cu illərdə inşa edilmiş xeyli evlər var. Kənd sakini Azər Qocayev 150 ildən artıq yaşı olan evini eynilə tikildiyi illərdə olduğu kimi saxlayıb. Amma bu evdə hələ də açılmayan sirlər var.
Publika.az ARB TV-yə istinadən xəbər verir ki, evin daşlarının üzərinə su düşdükdə ərəbcə yazılmış yazılar üzə çıxır. Maraqlısı budur ki, yazıları bu günə kimi oxumaq mümkün olmayıb.
Azər Qocayev - Qax sakini: "Mən bu yazıları sirli yazılar adlandırıram. Çünki bu yazıları bu vaxta qədər oxuya bilən olmayıb. Müəyyən nöqtələr yoxa çıxdığına görə, hər adam bunu oxuya bilməz".
Bu daşlar bizə nəyi demək istəyir? 18-ci əsrin sonlarında evi tikdirən tacir nəyə işarə edib? Ev sahibini bu fikirlər çox düşündürür. Odur ki, Azər Qocayev yazıların araşdırılması üçün mütəxəssisləri evinə dəvət edir.
Dilarə Əzizova - Şəki Regional Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi:
"Bu, çox adamı, ziyalıları, turistləri cəlb edir. Lakin hələ araşdırma aparılmayıb. Çalışacağıq ki, gələcəkdə bu istiqamətdə çalışanları bu məsələyə cəlb edək və həmin daşların niyə ancaq yaş olanda oxunulmasını araşdırsınlar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm