19 YANVAR
Bizi izləyin

Maraq dünyası

19 YANVAR

1990-cı il. Naxçıvan MSSR Ali Soveti muxtar respublikanın SSRİ tərkibindən çıxması barədə qərar qəbul edib. Bu, SSRİ-də muxtar qurum tərəfindən qəbul edilən ilk belə qərar idi. Naxçıvanın Ermənistan tərəfindən blokadaya alınmasına və bölgəyə edilən silahlı hücumlara qarşı SSRİ rəhbərliyinin tədbir görməməsinə cavab olaraq belə bir qərar qəbul olunmuşdu. Naxçıvan Ali Soveti Qars müqaviləsinin (1921) tələblərini əsas tutaraq Türkiyəyə, eləcə də BMT-yə müraciət edib.

1990-cı il. Ermənistan silahlı qüvvələrinin bir gün öncə başlanan hücumu nəticəsində Naxçıvan Muxtar Respublikasının Kərki kəndi işğal edilib.

1993-cü il. Azərbaycan parlamenti “Dövlət gerbi haqqında” Konstitusiya Qanunu qəbul edib. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən qalxan təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri var.

1873-cü il. Azərbaycanın ilk maarifçi qadınlarından biri, yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım Əhmədbəy qızı Məmmədquluzadə-Cavanşirin doğum günüdür (1873-1955). O, Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri olub. C.Məmmədquluzadənin bioqrafiyasını, M.Ə.Sabir haqqında xatirələrini yazıb, Azərbaycan yazıçılarının əsərlərini rus dilinə tərcümə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm