22 YANVAR
Bizi izləyin

Maraq dünyası

22 YANVAR

1990-cı il. 20 Yanvar şəhidləri Bakının ən uca yeri olan Dağüstü parkda dəfn edildi. Şəhidlərin cənazələri insanların çiyinlərində Azadlıq meydanından böyük izdihamla paytaxtın küçələrindən keçməklə Şəhidlər xiyabanına gətirilərək ehtiramla torpağa tapşırıldı. Sovet imperiyası rəhbərliyinin göstərişi ilə Azərbaycan xalqının azadlıq arzusunu boğmaq üçün həyata keçirilən bu qanlı faciə nəticəsində 147 nəfər qətlə yetirilmiş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs edilmişdi.

1910-cu il. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun doğum günüdür (1910-1945). Lənkəranda anadan olan Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi igidliyə görə 3 Qırmızı Bayraq, 2-ci dərəcəli Suvorov, Aleksandr Nevski, 1-ci dərəcəli Vətən müharibəsi, 2 Qırmızı Ulduz ordenləri ilə təltif olunub. 1944-cü ildə general-mayor H.Aslanov Belarus cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik törədib. H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı ölümündən 47 il sonra verilib.

1908-ci il. Nəzəri fizikaya fundamental elmi töhfələr vermiş sovet fiziki Lev Davidoviç Landau anadan olub (1908-1968). Bakıda yəhudi ailəsində dünyaya göz açan Landaunun elmi nailiyyətləri arasında kvant mexanikasında sıxlıq matrisi metodunun kəşfi, diamaqnetizmin kvant, ifrat axıcılıq və digər nəzəriyyələri var. O, ifrat axıcılığın riyazi nəzəriyyəsinin kəşfinə görə 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm