Cadugərlərə 150 metrdən yuxarı uçmaq qadağan olundu
Bizi izləyin

Maraq dünyası

Cadugərlərə 150 metrdən yuxarı uçmaq qadağan olundu

Qadağanı pozanları həbs və 60 min dollar həcmində cərimə gözləyir.

Afrikanın cənubunda yerləşən Svazilend krallığında cadugərlərə 150 metrdən yuxarı uçmaq qadağan olunub.

Publika.az xəbər verir ki, Svazilend krallığının mülki aviasiya idarəsi bildirib ki, cadugərlər süpürgədə 150 metrdən yuxarı uça bilməzlər. Qadağanı pozanları həbs və 60 min dollar həcmində cərimə gözləyir.

İdarənin nümayəndəsi Sabelo Dlamini bildirib ki, qadağa süpürgə ilə bağlıdır. Belə ki, süpürgə də uçucu aparatlar, daha doğrusu aerodinamik aparatlar sırasına daxildir. Svazilenddə bu qadağa təkcə cadugərlərə deyil, eyni zamanda oyuncaq vertolyot, təyyarə və hava ilanlarına da aid edilir.

Svazilenddə cadugərlərin süpürgələri uzun çubuqların adi dəstəsindən deyil, dəstəksiz incə çubuqların qısa bağlamasından hazırlanır. Bu halda, Svazilend mövhumatına görə, cadugərlər süpürgələrdən hərəkət üçün deyil, əraziyə sehrli dərmanlar səpmək üçün istifadə edirlər. Ona görə də, burada uçuşlara qadağa qoyulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm