Qız toy gününü məhkəmə ilə təyin etdirdi
Bizi izləyin

Maraq dünyası

Qız toy gününü məhkəmə ilə təyin etdirdi

Səudiyyə Ərəbistanında gənc qız məhkəmə yolu ilə nişanlısının toy gününü təyin etməsinə nail olub.

Səudiyyə Ərəbistanında gənc qız məhkəmə yolu ilə nişanlısının toy gününü təyin etməsinə nail olub.

Publika.az musavat.com-a istinadən bildirir ki, gənc qız oğlanın nişanı qaytarmaq fikrində olduğunu hiss edib və onu ailə məsələləri ilə bağlı məhkəməyə verib.

Qız bildirib ki, oğlan və onun ailəsi ilə müqavilə bağlandıqdan sonra nişanlanıb. Oğlan tərəfdən məhkəməyə bəyin vəkili gəlib və bildirib ki, oğlanın evlənməkdə fikri ciddidir.

Toyun gecikməsinin səbəbini vəkil bəyin toya hazırlıq işləri ilə məşğul olmasıyla əlaqələndirib. Hər iki tərəfin razılığı ilə toy mart ayına təyin olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm