Azərbaycanlı gəncin qeyri-adi ixtirası - - VİDEO
Bizi izləyin

Maraq dünyası

Azərbaycanlı gəncin qeyri-adi ixtirası - - VİDEO

Bunun dünyada alternativi yoxdur.

Balaca bir çamadan boyda olan cihazla bütün evi elektriklə təmin etmək mümkündür. Həm də heç bir vasitədən asılı olmadan illərlə istifadə etmək mümkündür. Azərbaycanlı gənc ixtiraçı maqnitin köməyi ilə uzun müddət fasiləsiz enerji verən bir ixtira edib. Özü də iddia edir ki, bunun dünyada alternativi yoxdur.

Xəzər xəbər-in məlumatına görə, 25 yaşlı Valeh Arifzadə alternativ enerji ilə işləyən bir qurğu hazırlayıb. Onun ixtirasını indiyə qədər istifadə olunan diger alternativ enerji resurslarından fərqləndirən əsas cəhət isə heç bir mənbədən asılı olmadan işləməsidir.

Qurğunun unikal olması və yalnız birdəfəlik xərc tələb etməsi Valeh Arifzadəyə ixtirasına görə bir neçə yarışmada birincilik də qazandırıb.

Yığcam və istifadəsi çox rahat olan qurğunun əsas iş prinsipi içərisindəki maqnit impulsları hesabına daimi dövr edən elektrik enerjisi istehsal etməkdir. Cihazın ərsəyə gəlməsi üçünsə təxminən 250 manat tələb olunur.

Artıq qurğunun patenti üçün işlər görən gənc ixtiraçı cihazını daha da təkmilləşdirmək niyyətilə özəl şirkətlərlə danışıqlar aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm