23 YANVAR
Bizi izləyin

Maraq dünyası

23 YANVAR

2004-cü il. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasına rəsmi səfər edib. Bu, Prezident İlham Əliyevin ilk xarici rəsmi səfəri olub. Səfər çərçivəsində Yelisey sarayında Fransa Prezidenti Jak Şirakın vaxtilə ümummilli lider Heydər Əliyevi təltif etdiyi “Fəxri legionun böyük xaç komandoru” ordeninin Prezident İlham Əliyevə təqdim edilməsi mərasimi keçirilib. Prezident İlham Əliyev isə Prezident Jak Şiraka “Heydər Əliyev” ordenini təqdim edib.

1556-cı il. Çində baş vermiş dəhşətli zəlzələ 830 min insanın həyatına son qoyub. Tarixin ən dağıdıcı zəlzələsi sayılan həmin yeraltı təkanın gücü 11 bala çatıb. Nəticədə Şensi əyalətinin bir sıra rayonlarında bir nəfər də olsun sağ insan qalmayıb. Bu zəlzələ həlak olanların sayına görə tarixdə ən dəhşətli zəlzələlərdən biri sayılır.

1849-cu il. Amerikalı həkim Elizabet Blakvel dünyanın ilk tibb təhsili alan qadını kimi tarixə düşüb.

1912-ci il. Haaqada Beynəlxalq Opium Konvensiyası imzalanıb. Bu, narkotik maddələrin istifadəsini tənzimləyən ilk sənəd olub.

1992-ci il. Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm