34 yaşlı qadın 36 tonluq tramvayı çəkdi - - FOTO/VİDEO
Bizi izləyin

Maraq dünyası

34 yaşlı qadın 36 tonluq tramvayı çəkdi - - FOTO/VİDEO

Rusiyada qadın öz gücü ilə hamını heyran edib.

Rusiyada qadın öz gücü ilə hamını heyran edib.

Məlumata görə, Sibir üçün -20 dərəcə temperatur adi haldır. Onlar bu havada adi həyatlarına asanlıqla davam edirlər. Bəziləri isə adi həyatda heç bir insanın görmədiklərini də edir.

Məsələn, Oksana Koşelyova. Qadın qar içində ümumi çəkisi 36 ton olan olan iki tramvay qatarını içindəki sərnişinlərlə birlikdə yerindən tərpədib. Qadın qatarları 5 metrə kimi irəli çəkib.

34 yaşlı Oksana peşəkar idmançıdır. O, pauerliftinqlə məşğul olur.

Bu onun qatara dartması ilə bağlı ikinci rekordudur. Bundan öncə o 17,5 tonluq bir vaqonu yerindən tərpədə bilmişdi. Bundan əlavə, Oksana 10 tonluq "Kamaz" markalı maşını tək, 64 tonluq "Kalmar Global"ı başqa bir qadın idmançı ilə dartıb.

(istipress)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm