Bu həşəratlar sizə tərəf gəlirsə, deməli ölümünüz YAXINLAŞIR - FOTO
Bizi izləyin

Maraq dünyası

Bu həşəratlar sizə tərəf gəlirsə, deməli ölümünüz YAXINLAŞIR - FOTO

Bu həşəratlar sizə tərəf gəlirsə, deməli ölümə yaxınlaşırsız

Bəzi həşəratlar balaca olmalarına baxmayaraq çox təhlükəlidirlər. Başqa sözlə, onlar başından çox böyük işlərə qadirdirlər. Bu həşəratlar hətta insan həyatı üçün təhlükə mənbəyidir.

Publika.az insanları öldürən həşəratların siyahısını təqdim edir:

Gənə

Gənə qanəmici və gözsüz parazitdir. İnsan, qoyun, it, pişik, dəvə kimi canlıların dərilərinə yapışaraq qanlarını sorur. Bu zaman xəstəlik mikroblarını qana keçirdirlər. Belə virus daşıyan gənəni səhv şəkildə bədəndən çıxarsanız, bu, ölümə səbəb olur.

Atəş qarışqası

Son dərəcə təcavüzkar kiçik qırmızı qarışqa növüdür. Böyük koloniyalar halında yaşayırlar. Onlar insanlarda böyük allergik şoklara səbəb olur və zəhərli iynələrini batıraraq adamı öldürə bilirlər.

Qaradul hörümçəkləri

Qaradul hörümçəkləri, Şimali Amerikanın ən ölümcül hörümçəyi olaraq bilinir. İnsanı dişləyəndə bir o qədər də incitmir, ancaq müəyyən bir zamandan sonra yara şişərək iki kiçik diş meydana gəlir. Kürəkdə və qarın bölgəsində ağrı hissi, qarın əzələlərinin ayrı-ayrı yerlərində spazma meydana gəlir. Ürək bulantısı yaranır, nəfəs alıb vermədə çətinlik çəkilir.

Eşşək arısı

Картинки по запросу eşşək arısı

Gövdəsi sarı və qara zolaqlı olan eşşək arıları olduqca iri quruluşludur. Eşşək arılarının iynəsi zəhərlidir. Sancması çox ağrı verən eşşək arısının zəhəri insanda ağır allergiya reaksiyalarına yol açır. Bir çox hallarda eşşək arılarının sancması insan ölümü ilə nəticələnir.

Sarı əqrəb

Sarı əqrəb insanlar üçün ölümcül dərəcədə zəhərlidir. Buna görə dünyanın ən təhlükəli əqrəbləri arasında yer alır. Sarı əqrəb sancması, çox ciddi tibbi bir hadisə kimi dəyərləndirilir. Sancdığı yerdə böyük yaralar meydana gətirir. Daha sonra əqrəbin sancdığı adam 1 saat içində dünyasını dəyişir.

Afrikanın qatil arıları

Bu arılar tarixdə bir hücumda 300 braziliyalı insanı öldürdükdən sonra qatil adını alıblar. Qatil Afrika bal arıları çox həssasdırlar. Adıçəkilən arılar öz yuvalarını ölümünə qoruyurlar. Bu arılardan qaçmaq və xilas olmaq az qala qeyri-mümkündür və bunun sonu mütləq ölüm olur.

Güllə qarışqası

Dünyanın ən şiddətli ağrılarından birini dadmaq istəyirsinizsə, güllə qarışqalarının sizi bir dəfə dişləməsi kifayətdir. Dişlədiyi yerdə güllə ilə vurulmuş kimi bir acı hiss etdirir. Adını da buradan alır. Həmçinin bu ağrı 24 saat davam edir. Amazon meşələrində bəzi qəbilələr güllə qarışqaları müqəddəs mərasimlərində istifadə edir.

Dilrubə Vaqifzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm