Maraq dünyası
Köpəkbalığının yeni növü aşkarlandı
Amerikalı zooloqlar Karib dənizində çəkicbaş köpəkbalığının yeni növünü aşkar edib və onun DNT analizini aparıblar.
Publika.az TASS-a istinadən xəbər verir ki, Karib dənizindəki çəkicbaş köpəkbalığı bir neçə milyon il əvvəl Şimali Amerika yaxınlığındakı sularda eyni növdən olan balıqlardan ayrılıb və onlarla cütləşmək əlaqəsini kəsib.
Florida Universitetinin mətbuat xidmətinin yaydığı məlumata görə, DNT testi üçün bioloji material verən balıq 2016-cı ildə Belizdə (əvvəlki Britaniya Hondurası) köpəkbalıqlarını nişanlamaq ekspedisiyası çərçivəsində tutulub. Balıq ABŞ sahillərində Atlantik sularında yaşayan eyni növə zahirən oxşasa da genetik cəhətdən ondan fərqlənir.
Florida Universitetinin press-relizində yazılıb: “İki qrup arasında cütləşmənin kəsilməsi bir növün bölünməsini müəyyənləşdirən əlamətdir. Nyu-York ştatının Stouni-Bruk Universitetindən Endryu Fildsin apardığı DNT analizi nəticəsində Belizdə işləyən komanda sübut edib ki, bu ərazidəki çəkicbaş köpəkbalığı Meksika, ABŞ və Baham adalarında eyni növlə cütləşmə əlaqəsini çoxdan kəsib. Bu müddətdə iki qrupu ayıran genetik fərqlər formalaşıb”.
Ekoloji tədqiqatlarla paralel olaraq yeni köpəkbalığının qeydiyyata alınması və ona latınca ad verilməsi işi də aparılır.
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı