Kişilərin gizlincə baxdığı, qadınların qorxduğu ÇILPAQ QIZLARIN OYLAĞI - FOTO/VİDEO
Bizi izləyin

Maraq dünyası

Kişilərin gizlincə baxdığı, qadınların qorxduğu ÇILPAQ QIZLARIN OYLAĞI - FOTO/VİDEO

Kişilərin gizlincə baxdığı, çılpaqların oylağı

Yarandığı gündən üz qabığında çılpaq fotolarla dərc olunan “Playboy” jurnalı ötən il imtina etdiyi ənənəsinə yenidən qayıdır. Jurnalın banisinin 25 yaşlı oğlu Kuper Hefner “əxlaqlı konsepsiyadan” imtinanı artıq elan edib. Buna səbəb jurnalın satışının aşağı düşməsi, eləcə də Amerikada insan hüquqları və Donald Trampın prezident seçilməsidir.

Publika.az
xəbər verir ki, “Playboy”un banisi Hyu Hefner hələ ilk buraxılışda məqsədlərini belə açıqlamışdı: “Playboy” 18 yaşdan 80 yaşa qədər olan kişilər üçündür. Biz istəyirik ki, lap başdan hər şey aydın olsun: biz ailə jurnalı deyilik. Əgər sizin bacınız, arvadınız, yaxud qayınananız səhvən bizim jurnalı götürürsə, zəhmət olmasa jurnalı onun əlindən alın və onlara öz qadın işlərinə qayıtmağı tövsiyə edin”.

1950-ci illərin əvvəllərində belə bəyanatlar puritan Amerika üçün inqilab və bir o qədər də təhqiredici idi. Lakin bu mövqe “Playboy”u ABŞ-da seksual inqilabın zirvəsinə çıxardı, daha sonra isə bütün dünyada məşhurlaşdırdı.

Lakin “Playboy” pornojurnal deyildi, əks təqdirdə o, mədəni fenomenə çevrilməzdi. Jurnalda çılpaq fotolarla yanaşı, ağıllı mətnlər də dərc olunurdu. Misal üçün, jurnalın səhifələrində Cek Keruaka və Haruki Murakami kimi yazarların hekayələri dərc olunur, Martin Lüter Kinq, Cimmi Karter, Frenk Sinatroy, Stiv Cobs kimi məşhur ictimai-siyasi xadimlərin müsahibələri yayımlanırdı. Çılpaqlıq və intellektual materiallar 50 il jurnalın əsas prioriteti olub.

2016-cı ildə isə hər şey qəfil dəyişdi və “Playboy” elan etdi ki, çılpaqlıqdan imtina edir. Radikal dəyişikliyi jurnalın banisi Hyu Hefner şəxsən bəyəndi.

Jurnalın top-meneceri Skott Flanders bunu belə izah etdi ki, əvvəl çılpaqlığa görə məşhur idilərsə, XXI əsrdə bununla insanları təəccübləndirmək çətindir.

“İnternetdə pornoqrafiyanın əlçatan olduğu vaxt heç kim 20 dollarından keçərək, “Playboy” almayacaq. Çılpaqlıq bizim auditoriyamızı azalda bilər”, - top-menecer belə düşünürdü.

Flandersin arqumentləri əsassız deyildi. 2014-cü ildə jurnal seksual qızların fotolarını öz saytında yayımlamağı dayandırdı, bundan sonra trafik dörd dəfə yüksəldi. Həmçinin, auditoriya 47 yaşdan 30 yaşa qədər cavanlaşdı. Portal elan verənlər üçün daha cazibədar oldu.

Naşirlər konsepsiyanı əvəzləməklə “PG-13” reytinqinə düşməyi hədəfləyirdi. “Playboy” sonuncu çılpaq nömrəsini 48 yaşlı Pamela Andersonun dirsəkləri ilə sinəsini örtdüyü fotosu ilə yayımladı. Növbəti buraxılışda isə MakDeniel Saras Andersonun fonunda olduqca “günahsız” görünürdü.

Düz bir il “Playboy” belə davam etdi və 14 fevral-sevgililər günü ərəfəsində Hyu Hefnerin oğlu Kuper keçmiş ənənələrə qayıdışı elan etdi. 25 yaşlı Kuper jurnalın yaradıcı heyətinin direktorudur.

Keper bildirdi ki, çılpaq qadınlardan imtina etmək aktual deyil, həm də oxucuları qadın gözəlliyindən məhrum etmək ədalətsizlik olardı. Dərhal model Elizabet Elamın çılpaq fotosu jurnalın üz qabığında peyda oldu.

Oğul Keper jurnalın “PG-13” reytinqindən çıxması üçün 2016-cı ilin oktyabrından mübarizəyə başlamışdı. O hesab edirdi ki, çılpaq məzmun heç vaxt problem olmayıb, əksinə, bundan imtina satışları azaldır.

Baxmayaraq ki, bir il ərzində jurnal ABŞ-ın bir neçə min ticarət nöqtəsində satışa çıxarılmışdı, lakin çılpaq məzmundan imtina həqiqətən də “Playboy”un gəlirlərini azaltmışdı.

Kuper inandırır ki, iş təkcə qazancda yox, ənənəni saxlamaqdadır. O, dərin düşüncəli proqramını açıqladı və “Playboy”un yeni fəlsəfəsini elan etdi.

Kuper atasının işini inkişaf etdirmək qərarına gəlir. Hansı ki, jurnalın əsas səhifələrində “seks haqqında sağlam danışıq” təbliğ edilir, eyni zamanda, sosial, fəlsəfə və dini mövzular müzakirə olunur. Oğul Hefner indiki reallıqları da nəzərə alır. Hesab edir ki, Obama Amerikasındakı tolerantlıq və azadlıq yenidən bağlanır və mühafizəkar mövqelər qayıdır. Kuper Tramp Amerikasında cəmiyyəti müsəlmanların təqib edilməsinə, yaxud LQBT-nin (seksual azlıqlar) qəbul edilməməsinə qarşı çıxmağa və nəyin bahasına olursa olsun, intelektual döyüş meydanında öz hüquqlarını müdafiə etməyə çağırdı. Cəmiyyət, xüsusilə seksual azlıqlar Kuperin çağırışına tez reaksiya verdilər və onu salamladılar.

Bundan sonra həm də “hüquq müdafiəçisi” kimi çıxış edəcək “Playboy”un satışlarının necə olacağını isə zaman göstərəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm