Balıq iyi verən adam - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Balıq iyi verən adam - - FOTOLAR

Balıq iyi verdiyi üçün daim ətrafdakıların tənqidinə tuş gəlir.

ABŞ-da yaşayan 32 yaşlı Kelli Fido Vayt adlı qadın dünyada nadir xəstəlik olan "Balıq iyi" sindromundan əziyyət çəkir.

Publika.az xəbər verir ki, balıq iyi verdiyi üçün Kelli daim ətrafdakıların tənqidinə tuş gəlir.

Xəstəxanalardan birində işləyən qadın barəsində həmkarları şikayət edincə, onu gecə smeninə keçiriblər. Lakin Fido xəstəliyi ucbatından hazırki işindən qovulacağından da qorxur.

Vaytın 45 yaşlı həyat yoldaşı Maykl 16 ildir evli olduğu xanımı haqda danışarkən onun qoxusuna öyrəşdiyini bildirib:

"Əvvəllər iyi qəbul edə bilmirdim. Bəzən iydən boğulurdum, amma Kelliyə heç nə demirdim. Zaman-zaman alışdım".

Həkimlərin dediklərinə əsasən, Fidonun vücud strukturu "kolin" adlanan maddəni ehtiva edir ki, o da bəzi qidaların parçalanmamasına səbəb olur. Nəticədə, bu, pis iylənir və tər, nəfəs vasitəsilə kənara yayılır. (axşam.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm