23 FEVRAL
Bizi izləyin

Maraq dünyası

23 FEVRAL

1911-ci il. Xalq artisti, görkəmli rejissor, Azərbaycan musiqili teatrının yaradıcılarından biri Şəmsi Bədəl bəy oğlu Bədəlbəylinin doğum günüdür (1911–1986). Azərbaycan Dövlət Dram Teatrında rejissor (1932-1942), Musiqili Komediya Teatrında bədii rəhbər və direktor (1943-1949, 1956-1961, 1963-1974), Filarmoniyanın bədii rəhbəri və direktoru olub (1974-1976). Şəmsi Bədəlbəyli filmlərə də çəkilib. “O qızı tapın”, “Axırıncı aşırım”, “Ömrün səhifələri” filmlərində yaddaqalan obrazlar yaradıb.

1909-cu il. Azərbaycan ədəbiyyatı tarixinin görkəmli tədqiqatçısı, akademik Həmid Məmmədtağı oğlu Araslının doğum günüdür (1909-1983). Orta əsrlər ədəbiyyatının tədqiqatçısı, elm təşkilatçısı olub.

2003–cü il. Görkəmli aktyor, Xalq artisti Həsənağa Turabov vəfat edib (1938-2003). 1960-cı ildən ömrünün sonuna qədər Akademik Dram Teatrında çalışıb, 1987-2001-ci illərdə teatra rəhbərlik edib. Bir çox filmlərdə (“Yeddi oğul istərəm”, “Babək”, “Qəm pəncərəsi” və s.) unudulmaz obrazlar yaradıb, rejissor kimi “Qaçaq Nəbi” (“Atları yəhərləyin”) filmini çəkib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm