Yol qovşağında işıqfor əvəzinə güzgü - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Yol qovşağında işıqfor əvəzinə güzgü - - FOTOLAR

Bura güzgü quraşdırılandan sonra isə Göycəlidə avtomobil qəzası baş verməyib.

Ağstafa rayonunun Göycəli kəndi ərazisində yol qovşağına işıqfor və ya yol nişanı əvəzinə güzgü quraşdırılıb və avtomobillərin hərəkəti də bu güzgü vasitəsi ilə tənzimlənir.

Publika.az xəbər verir ki, ideya kənd sakini Qabil Mahmudova məxsusdur.

O, bu addımı ərazidə baş verən yol qəzalarının qarşısını almaq məqsədi ilə atdığını deyib.

"Yol kəsişməsində əvvəllər tez-tez qəzalar olurdu, tələfat qeydə alınırdı. Bura güzgü quraşdırılandan sonra isə Göycəlidə avtomobil qəzası baş verməyib. Sürücülər də bu vasitənin tətbiqindən məmnundurlar", - deyə Q.Mahmudov bildirib.

Hündürlüyü 2 metrə çatan güzgünün səmərəli olacağı təqdirdə daha böyüyü ilə əvəzlənəcəyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm