Parlamentdə gizlicə araq içən, iclaslarda piyan olan, naharda qara kürü yeyən DEPUTATLAR - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Parlamentdə gizlicə araq içən, iclaslarda piyan olan, naharda qara kürü yeyən DEPUTATLAR - - FOTOLAR

Parlamentə gizlicə içki gətirən deputatlar

Deputatların həyatı ictimaiyyət üçün həmişə maraqlı olub. Hər halda cəmiyyətin həyatına təsir edən qanunları qəbul edən şəxslərin necə yaşadıqları, nə yedikləri, harada istirahət etdikləri, hətta nə qədər pul qazandıqları da insanların daim diqqət mərkəzindədir. Plenar iclaslarda fasilə zamanı deputatların naharda seçdikləri menyu da maraqlıdır. Azərbaycan Milli Məclisinin üzvlərinin fasilə zamanı üz tutduqları menyu bəlli olmasa da, Rusiya mediası Dövlət Dumasının üzvlərinin yediyi yeməkləri ictimaiyyətə açıqlayıb.



Publika.az
“lenta.ru”-ya istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının üzvlərinin fasilələr zamanı yediyi yeməklər, hətta içdiyi içkilər də diqqət çəkir.

Menyuda 12 rubla blinçik tapmaq mümkündür. Həmçinin, Çili sousunun yanında qırmızı kürü, hinduşka əti kimi yeməklər dərhal yeyilərək qurtarır.

Dumanın menyusunda pəhriz saxlayanlar üçün də qidalar həmişə olur. Deputat Vitali Milonov deyir ki, bazar ertəsi, çərşənbə və cümə günləri pəhriz yeməkləri üstünlük təşkil edir. 33 rubla qızardılmış tikələrlə tərəvəz püresini misal çəkmək olar. Amma o, dadlı sosiskalarla xardalın çatışmadığını diqqətə çatdırır.

Deputat Denis Voronenkovun isə Dumanın menyusunda souslardan xoşu gəlmir.

“Mənim mədəm möhkəmdir, amma sousların hamısına mayonez tökürlər, buna görə də həzm edə bilmirəm”, - deyə siyasətçi şikayət edir.

Dumaya xidmət edən Prezident İşlər Müdirliyinin 4 nömrəli kombinatında aşpazlar menyuda hər cür yeməyi nəzərə alırlar.

“Kulinariya müəssisələri yeni tendensiyalara operativ reaksiya verir və sağlam qidalanmaya diqqət yetirir”, - deyə kombinatda deyirlər.

Yeniliklər arasında yumurta, qarabaşaq əriştəsi, “funçozoy” salatı, həmçinin, limon şirəsi və zeytun yağının vurulduğu salatlar var. Bu salatlara mayonez minimal miqdarda vurulur.

“Funçozoy” salatı cəmi 59 rubldur, amma heç bir deputatın masasında bu salat gözə dəymir. Yaxın günlərdə menyuya italyan salatı da daxil edilib. Ad italyan olsa da, bu salat yerli makarondan, xiyardan, pendir və yağdan hazırlanır. Qiyməti 76 rubldur. Lakin plenar iclas başa çatan kimi deputatlar və Duma aparatının əməkdaşları ənənəvi variantlara üstünlük verirlər. Aşpazların sözlərinə görə, Dumada ən məşhur yemək vineqret salatıdır.

Dumanın aşpazları diyetoloqların tövsiyələrini dinləyirlər. Buna görə də son dövrlər menyuya tərəvəz məhsulları, məsələn, sürtgəcdən keçirilmiş yerkökü, qaynanmış çuğundur kimi qiyməti 13-15 rubl olan qidalar daxil ediblər. Duzlu xiyar 27 rubl, isladılmış almanın 50 qramı 35 rubl, pomidorlar 27 rubladır. Bununla yanaşı, “pəhriz bölməsi”ndə də kifayət qədər doyumlu yeməklər var. Misal üçün, süddə bişmiş qarabaşaq sıyığı şəkər və yağı ilə birlikdə 28 rubl, manna yarması qaysı qurusu ilə birlikdə 97 rubldur.

Dumada deputatlar və aparat əməkdaşlarının yemək otağı fərqlidir. Seçilmişlər “Qızıl zal”da, aparat əməkdaşları isə “Yaşıl zal”da nahar edirlər. Amma yer olduğu təqdirdə “Qızıl zal”a daxil olmaq üçün deputat nişanı o qədər də tələb olunmur. Deputatlarla aparat əməkdaşlarının, eləcə də digər ziyarətçilərin menyusu demək olar ki, fərqlənmir. Qiymətlər də təxminən eynidir. Bufetlərdə və yemək otaqlarında isə “deputatlara növbəsiz qulluq” lövhələri asılıb. Lakin onlar özlərini qabağa salmağa çalışmır, çox vaxt xanımlara yer verirlər, bufetçilər də deputatları digərlərindən ayırmır.

Deputatlar qiymətlərdən həmişə razı olmurlar. Kalininqraddan seçilmiş deputat Aleksandr Pyatikop deyir ki, sırniçek 50 rubldur: “Halbuki, doymaq üçün ən azı altı sırniçek yemək lazımdır Nəticədə səhər yeməyi 500 rubla, nahar isə 800 rubla başa gəlir”.

Dumada spirtli içkilərdən söhbət belə gedə bilməz. Halbuki, rusların hansı vəzifədə olmasından asılı olmayaraq, içkisiz qala bilmədiyi faktdır. Elə buna görə də deputatlar bu “bəlaya” bir çarə tapıblar.

Belə ki, spirtli içkilər ya gizli şəkildə sifariş edilir, ya da yemək otağının yaxınlığındakı ticarət köşkündən alınır. Köşkdə 34 min rubla 18 illik Krım şərablarından tutmuş, müxtəlif növ konyaklar da tapmaq mümkündür. Özü də bu içkilər bütöv satılmaqla yanaşı, müxtəlif qramların olduğu xüsusi bankalarda da təqdim edilir. Misal üçün, 2700 rubla qara kürü, yaxud adi çipsilərlə pivə, 1058 rubla qaz əti ilə 90 qramlıq şərab, 345 rubla sosiska ilə 200 qramlıq konyak, 476 rubla pörtülmüş ətlə 85 qramlıq içki əldə etmək olar.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm