Maraq dünyası
Dünyanın ən soyuq şəhərindən “İSTİ REPORTAJ” - - FOTOLAR
Dünyanın ən soyuq şəhərinin harada yerləşdiyini bilirsiz? Ola bilər ki, çoxunuzun bundan xəbəri var. Bəli, bu Yakutskdur. Bəs oradakı insanların yaşayış tərzi haqqında nə bilirsiz?
Publika.az bu yazıda məhz Yakutiya əhalisinin yaşayışından bəhs edəcək.
Yakutiyanın ən büyük və yaşlı şəhəri, həm də Sibirin qədim şəhərlərindən biridir. Burada 283 minə yaxın insan yaşayır. Yakutsk dünyanın ən soyuq şəhəridir. Məhz şəhəri. Çünki Yakutiyada elə qəsəbələr var ki, orada havanın temperaturu rekord həddə çatır.
Burada illik orta temperatur -10 dərəcə təşkil edir. Yanvarda isə orta temperatur göstəricisi -41 dərəcə olur. Rekord isə 1951-ci ildə qeydə alınıb: -60 dərəcə.
Maraqlıdır ki, məhz belə soyuq hava istər yerli, istərsə də xarici turistlərin diqqətini çəkir. Əlbəttə, heç kim həyatından bezməyib. Soyuqdan donub ölməmək üçün turistlər əsasən yayda Yakutska gəlirlər. Yeri gəlmişkən, buranın yayından da danışmağa dəyər. İsti aylarda burada havanın hərarəti +40 dərəcəyə qədər yüksələ bilər. Bu üzdən Yakutsk həm də planetin ən qeyri-sabit iqlimə malik şəhəri sayılır.
Bu qeyri-sabitlik inşaat işlərinə də təsirsiz ötüşmür. Daimi şaxta olduğu üçün torpağa da etibar etmək olmur. Bu üzdən Yakutskda binaları xüsusi “ayaqlar” üzərində tikirlər. Daha doğrusu, dirəklər üzərində. Belə binalar bir çox şimal şəhərlərinin vizit vərəqidir. Əks halda evlər “sürüşə” bilər.
Yakutiyada ən populyar yerlərdən biri mamontlar muzeyidir. Mamont qalıqlarının təxminən 75 faizinin məhz Yakutiyada aşkar edildiyini bilirdiniz?
Yakutiyada şimal yarımkürəsinin soyuğuyla mübarizə aparan iki yaşayış məntəqəsi var. Onlardan biri Oymyakondur. Burada şimal yarımkürəsi üçün rekord dərəcədə aşağı temperatur qeydə alınıb: -71,2°C. Düzdür, bu, rəsmi təsdiqini tapmayıb. Buna görə də Verxoyansk və Oymyakon arasında mübahisələr gedir. Rəsmi məlumatlara görə, Verxoyanskda qeydə alınmış rekord temperatur -67,8°С, Oymyakonda -67,7°С olub. Hər halda, hər iki rəqəm çox aşağıdır və Yer kürəsində belə hava şəraitində başqa yaşayış məntəqəsi yoxdur. Yanvarda orta temperatur burada -45 dərəcəni ötür.
Pərviz
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR