• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Dünyanın ən uzun 6 aviareysi - FOTO

Dünyanın ən uzun 6 aviareysi - FOTO

Qətər Aviaşirkətinin təyyarəsi cari ilin fevralında bu ölkənin paytaxtı Dohadan Yeni Zelandiyanın Oklend şəhərinə dünyanın ən uzun uçuşunu həyata keçirib. Bununla da sərnişinlər havada 18 saatdan çox vaxt keçiriblər.

Publika.az dünyanın 6 ən uzun aviareysini təqdim edir:

Dohadan Oklendə 14.5 min kilometr

Uçuşu yerinə yetirir - Qətər Aviaşirkəti

Uçuş vaxtı: 16 saat 23 dəqiqə (əks reys - 18 saatdan çox)

Təyyarə: Boeing 777

Təyyarənin ekonomklass salonunda 217, biznes-klassda 42 yer var. Təyyarə yerli vaxtla 5:10-da Dohadan uçub.

Ekipajın tərkibinə 4 pilot və 15 uçuş üzvü daxildir.

Uçuş müddətində sərnişinlər min porsiyadan çox çay, qəhvə növü, iki min porsiya sərinləşdici içkilər, müxtəlif uçuş yeməkləri qəbul edirlər.

Dubaydan Oklendə 14.2 min kilometr

Uçuşu həyata keçirir - Emirates aviaşirkəti

Uçuş vaxtı: 17 saat 25 dəqiqə

Təyyarə: Airbus A380

17 saatdan çox uçuş sərnişinlər üçün bir sınaqdır. Amma reys orta hesabla sərnişinə yolda 3 saat qənaət etməyə imkan verir.

Bundan başqa, Airbus A380 çox uzaq uçuşlar üçün xüsusi olaraq dizayn edilib. Dubaydan Oklendə reys səhər 10:05-də başlayır və növbəti gün 11:00-də Oklendə çatır.

Dallasdan Sidneyə 13,8 min kilometr

Uçuşu yerinə yetirir - Qantas aviaşirkəti

Uçuş vaxtı - 16 saat 55 dəqiqə

Uçuşu həyata keçirəcək təyyarə: Airbus A380-800

Bu Avstraliya və ABŞ-ın şərq sahili arasında yeganə birbaşa reysdir. Təyyarələr həftədə altı dəfə uçur: çərşənbə axşamından başqa hər gün. Təyyarənin içərisində yerlər dörd sinfə bölünür: birinci sinifdə 14 ayrı kabina, biznes-klasda 64 yer, premium-ekonomklassda 371 yer, ekonomklass kresloda 35 yer.

San-Fransiskodan Sinqapura 13,6 min kilometr

Uçuşu yerinə yetirir - “United Airlines” və “Singapore Airlines”

Uçuş vaxtı 16 saat 30 dəqiqə (Qış cədvəli üzrə 17 saat 15 dəqiqə)

Təyyarə: Boeing 787-9 / Airbus A350-900

San-Fransiskodan Sinqapura uçanlar maraqlı saat qurşaqlarından keçirlər. Belə ki, ABŞ-dan Asiyaya getmək üçün 2 gün itirirlər. Yəni 22:55-dən ABŞ-dan uçan reys Çanqi aeroportuna səhər 06:15-də enir. Amma geriyə UA II reysiylə cəmi 30 dəqiqə vaxt lazım olur. Sinqapurdan 08:45-də havaya qalxan təyyarə 09:15-də yerə enir.

Yohannesburqdan Atlantaya 13.6 min kilometr

Uçuşu həyata keçirir - Delta Airlines

Uçuş vaxtı 16 saatlarla 50 dəqiqə

Uçuş təyyarəsi - Boeing 777-200LR

Yohannesburqdan Atlantaya reysi dörd pilot həyata keçirir. Onlar uçuş ərzində yer dəyişirlər. 17 saatlıq uçuşda 150 min litrdən çox yanacaq təyyarəyə tələb olunur.

Bu reysin maraqlı statistik rəqəmləri var: il ərzində bu reysin sərnişinləri 70 min qutu soda, 100 min qablaşdırılımış suxarı, 200 min paket yerfındığı, 225 min kiloqram buz istifadə edirlər.

Əbu-Dabidən Los-Ancelesə qədər 13.5 min kilometr

Uçuşu yerinə yetirir - Etihad Airways

Uçuş vaxtı - 16 saat 30 dəqiqə

Uçuş təyyarəsi - Boeing 777-200LR

Əvvəl Birləşmiş Ərəb Əmirliyinin paytaxtından 240 sərnişin tutumlu Airbus A340-500 uçurdu. 2014-cü ilin iyulunda Etihad onu Boeing 777-200LR-a əvəz etdi. İndi ekonomklassda yerlərin sayı azalıb - cəmi 189, amma biznes-klass salonu 40 kresloya qədər artıb.

Gülxar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>