• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Gələcəyin insanı belə olacaq: ELMİ ARAŞDIRMA - FOTOLAR

Gələcəyin insanı belə olacaq: ELMİ ARAŞDIRMA - FOTOLAR

Gələcək insan 120 il yaşayacaq, boyu 2 metr, rəngi isə qəhvəyi olacaq. Həmçinin 3 mininci ildə insan irqində görünməmiş inkişaf baş verəcək.

Publika.az xəbər verir ki, Böyük Britaniya alimi Oliver Karri bu iddianı irəli sürüb.

O iddiasının gerçəkləşməsi üçün 100 min ilin tələb olunduğunu deyib. Bu haqda daha əvvəl 1895-ci ildə Herbert Uells “Zaman maşını” romanında yazıb. Britaniyalı alim bu versiyanı inkişaf etdirməyə qərar verib.

Alim insanların iki yarımnövə - intellektual elita və proletar-qoblinlərə bölünəcəyini deyib.

Birinci qrup - yüksək qamətli, sağlam, cazibədar, intellektual və yaradıcı insanlardır.

İkinci qrup isə elitadan tam fərqli olaraq: eybəcər, kök, xəstə və çirkli olacaq. Karrinin hesablamalarına görə, bəşəriyyətin bu qruplara bölünməsi və çiçəklənmə dövrü 3000-ci ildə pik həddə çatacaq.

Təxminən min il sonra orta boy 2 metr olacaq. Ömrün uzunluğunun isə 120 il olması proqnozlaşdırılır. Bu isə insanların qidasının yaxşılaşması, elmdə, tibb və texnologiya sahəsindəki əhəmiyyətli inkişaf, həyat tərzi ilə bağlı olacaq.

“Texnologiya inkişaf edəcək və bu, bizə özümüzü müasirləşdirməyə imkan verəcək. Kosmetik əməliyyatlar və genetik mühəndislər insanları özlərinə istədikləri formanı vermələrinə, daha cazibədar görünmələrinə imkan yaradacaq”, - deyə alim proqnozlaşdırır.

Gələcəyin qadınların hamar və parlaq saçlara, böyük gözlərə, “iri sinəyə”, simmetrik bədən quruluşuna sahib olaraq gözəl görünəcəklər.

Karri bildirir ki, bir vaxtlar da insanların hamısının rəngi bir olub. Gələcəkdə də belə olması insanlar arasında irqi ayrıseçkiliyə son qoyacaq. Çünki insanlar əsasən dəri rəngi ilə irqlərə bölünürlər. Bütün insan irqinin dəri rəngi isə əsasən qəhvəyi olacaq. Hətta 3000-ci ildə indi deyildiyi kimi, insanlar şokolad rənginə çevriləcək. texnologiyalar istənilən mövzuda arzularımızı gerçəkləşdirəcək.

Alim xəbərdarlıq edir ki, insanlar daha arıq və zəif olacaq. Başqaları ilə ünsiyyət, qarşılıqlı təsir bacarıqlarını, başqaları üçün narahat olmaq bacarıqlarını itirəcəklər. Arzuolunmaz emosiyalar, sevgi, simpatiya, etibar və hörmət keçmişdə qalacaq.

Kerri bu dəyişikliklərin təhlükəsinin də olduğunu deyib. İnsanın immun sisteminin zəifləyəcək, çənəsinin strukturu dəyişəcək. Gələcəyin qida məhsulları çeynəmək ehtiyacı yaratmayacaq. Analar böyük körpələr dünyaya gətirəcək qeysəriyyə əməliyyatlarının sayı artacaq. Lakin bütün bunlarla yanaşı alim bunun sadəcə proqnoz olduğunu, gələcəkdə nəyin baş verəcəyini əminliklə deməyin mümkün olmadığını bildirir.

Gülxar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>