Telefonu ilə nikah bağladı - QEYRİ-ADİ TOY - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Telefonu ilə nikah bağladı - QEYRİ-ADİ TOY - - FOTOLAR

Bu sevgi məhz bu cihazla evlilik həddinə qədər gəlib çata bilərmi?

Demək olar ki, hər kəs artıq həyatımızın ayrılmaz hissəsinə çevrilən mobil telefonları çox sevir. Bəs bu sevgi məhz bu cihazla evlilik həddinə qədər gəlib çata bilərmi? ABŞ-ın Las-Veqas şəhərində Aaron Çervenak öz “iPhone”u ilə nikah bağlayıb.

Amerikalı bunu gülüş üçün deyil, ictimaiyyətin diqqətini bir fakta yönəltmək üçün etdiyini deyir. İnsanlar öz mobil cihazlarından həddindən artıq asılı vəziyyətə düşüb və real həyatın mövcudluğunu demək olar ki, unudub. Aaron da insanların mobil telefonlara daha çox diqqət ayırmasına etiraz olaraq belə bir addım atmaq qərarına gəlib.

Qeyri-adi toy dünya mətbuatının da marağını cəlb edib. Aaron ümid edir ki, onun bu hərəkəti kimlərisə telefon asılılığı barədə düşünməyə vadar edəcək. Bəy tərəfindən çəkilən videoçarx ictimaiyyətin cihazlara olan sevgisinin “simvolik jesti” kimi qiymətləndirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm