Bu məişət üsulları istənilən texnikadan faydalıdır - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Bu məişət üsulları istənilən texnikadan faydalıdır - - FOTOLAR

Belə yerdə necə deyərlər, dədə-baba üsulu köməyə gəlir.

Müasir dünyada texnika inkişaf edərək həyatımızı asanlaşdırmaq məqsədi daşısa da, bəzən kiçik məişət problemlərinin öhdəsindən gələ bilmir. Belə yerdə necə deyərlər, dədə-baba üsulu köməyə gəlir. Bunların bəzilərindən bəlkə də xəbərdarsınız. Amma biz yenə də yada salaq ki, məişətdə və ya “iki daşın arasında” qalanda işinizə yarasın:

1. Çiliklənmiş vazanı və şüşə qabı ən yaxşı tozsoranla təmizləsəniz də şüşə qırıntıları mütləq yerdə qalacaq. Bax, burda texnikayaqədərki üsul – yəni döşəməni silmək (xüsusilə tiftikli parça və ya dəsmalla) daha yaxşı nəticə verəcək.

2. Barmağa batmış talaşanı yəqin ki, iynə və ya maqqaşla çıxarırsınız. Daha yaxşı üsul var: kiçik dərman şüşəsinə qaynar su tökün. Onun qapağı yerinə barmağınızı kip basın. Buxar barmaqdakı talaşanı yumşaldıb çıxaracaq.

3. İsti, təzə çörək hamının xoşuna gəlir. Amma onu doğramaq çətin olur. Burda da buxar işə yarayacaq. Təzə çörəyin yanında qaynanmış su dolu dolça qoyun. Buxar təzə çörəyin sərt, xırçıltılı qabığını yumşaldıb nazik doğramağa imkan yaradacaq.

4. Kibrit yandırmaq çox asandır, amma onu alışıq vəziyyətdə saxlamaq həmişə mümkün olmur. Ani hərəkətdən belə kibrit sönə bilər. Bunun üçün kibriti yandırmazdan öncə barıt başlığına tərəf bir neçə yerdən çərtmək lazımdır. O zaman kibrit çöpü dibinə qədər çırtıltı ilə yanacaq.

5. Kibritlə çoxmu oynadınız? Və yanğın çıxardınız eləmi? Vəsvəsəyə düşməyin, tez 1,5 litr suya 700 qram duz və 350 qram naşatır töküb qarışdırın. Yanğını tez söndürməkdə sizə kömək edəcək.

6. Adətən şkafda artıq yer tutmasın deyə stəkanları bir-birinə keçirdib saxlayırıq. Belə olduqda stəkanlar bir-birinə kip yapışır, qopmur. Onları bir-birindən ayırmağın ən rahat yolu üstdəki stəkanı soyuq suya tutmaq, altdakını isə əksinə, buxara vermək lazımdır.

7. Sizə hədiyyə olunmuş gözəl bir gülü necə uzunmüddətli və susuz saxlaya bilərsiniz? Təəccüblü də olsa kartofla! Gülün çubuğunun ucuna kartof keçirib güldana qoyun və beləcə su olmadan çiçəyinizi yaşadın.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm