Formasını dəyişən ayaqqabı, oyuncaq kubik, həb böyüklüyündə dəsmallar - YENİ İXTİRALAR
Bizi izləyin

Maraq dünyası

Formasını dəyişən ayaqqabı, oyuncaq kubik, həb böyüklüyündə dəsmallar - YENİ İXTİRALAR

Amma marağa səbəb olacaq bu icadları həvəslə yanımızda gəzdirmək istərdik.

İxtiraçılar yeni-yeni icadları ilə bizi daim sevindirirlər. Bəşəriyyətin ən çox icad gördüyü dövründə yaşadığımızı nəzərə alsaq, hər gün bir yenilik bizi təəccübləndirməməlidir. Amma marağa səbəb olacaq bu icadları həvəslə yanımızda gəzdirmək istərdik. Bunlar nələrdir?

Smartfon üçün maqnit tutqac. Tutqac deyəndə, əslində maqnit onu havadaca elə qamarlayır ki, sanki smartfon sirli şəkildə havadan asılı qalır.

Presslənmiş dəsmal. Bu kağız dəsmallar böyük həblərə bənzəyirlər. Kip sıxılmış dəsmalı 2-3 dəqiqə isti suda saxlamaq lazımdır. Beləcə, o, adət etdiyimiz dəsmal formasını alacaq. Belə preslənmiş dəsmalları səfər çantasında rahatlıqla daşımaq olar.

Ağıllı fitnes-treker. Qola saat kimi bağlanılan bu qacetlə nəinki gündəlik addımların sayını, hətta yemək zamanı aldığınız kalori, qan təzyiqi, yetərli yuxu fazasını da ölçmək mümkündür.

Güllər üçün vakuum qab. Bu şüşə qabların içi vakuum olduğu üçün bitkiləri çürütmür. Və onun içinə yerləşdirilən güllər bir ildən üç ilə qədər canlı və təzəcə dərilmiş kimi qala bilər.

Transformer (formasını dəyişən) ayaqqabı. Bu ayaqqabılar iki hissəlidir. Arada yerləşən ilgək vasitəsilə ayaqqabının formasının tamamilə dəyişib yeniləmək mümkündür.

Elektrik şəbəkəsi üçün işıq. Sensor işıqlar elektrik şəbəkəsinin alt hissəsinə yerləşdirilir. Gecələr işığı yandırmadan şəbəkənin harda olduğunu bilmək üçün vurnuxmağa ehtiyac qalmır. Şəbəkə ona yaxınlaşan insanı hiss edir və işıqlanır.

Oyuncaq kubik. Və ya müasir təsbeh də demək olar. Əlləri dinc durmayıb təsbeh, qəpik oynadan adamlar üçün əlverişlidir.

Qulaqcıq tutqacı. Bəzi adamlar şikayət edirlər ki, qulağı qulaqcıqları saxlamır. Məsələn, idmançılar. Daim hərəkətdə olduqları üçün qulaqcıq tez-tez sürüşür. Bax, belə tutqaclar onların işinə yarayacaq.

Bərkidici lentlər. Xüsusən daşınma zamanı şkafların, soyuducunun qapısını bərkitməyə lazım olur. Yapışqan skoçlardan fərqli olaraq onu təkrar işlətmək mümkündür.

Elastik ayaqqabı bağları. Adətən tez-tez açılan ayaqqabı bağları bizi qıcıqlandırır, hətta bəzən bir-birinə dolaşıb sahibini böyrü üstə yıxır. Yeni elastik bağlara isə düyün vurmağa ehtiyac qalmayacaq.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm