İmişlidə qeyri-adi heyvan doğuldu - - FOTO
Bizi izləyin

Maraq dünyası

İmişlidə qeyri-adi heyvan doğuldu - - FOTO

Buzovun belində dəvədə olduğu kimi iki ürgəci var.

İmişli rayonunda qeyri-adi heyvan dünyaya gəlib.

Publika.az xəbər verir ki, rayonun Kürdmahmudlu kənd sakini Hacı Hüseynovun təsərrüfatında belində quyruğu olan buzov doğulub. Bir neçə gün əvvəl doğulmuş heyvanın belindəki quyruğu təxminən 20 santimetr uzunluğundadır.

Bununla yanaşı, buzovun belində dəvədə olduğu kimi iki ürgəci də var.

Heyvanın belində quyruğunun və iki ürgəcinin olması onu görənlərin marağına səbəb olub.

Qeyd edək ki, bu, H.Hüseynovun təsərrüfatında qeydə alınan ikinci qeyri-adi hadisədir. Bir müddət əvvəl onun təsərrüfatında üçbuynuzlu keçi doğulmuşdu. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm