Türkiyədə qəribə ayaqqabı hazırlandı: Süi-qəsdin qarşısını alır
Bizi izləyin

Maraq dünyası

Türkiyədə qəribə ayaqqabı hazırlandı: Süi-qəsdin qarşısını alır

Şanlıurfada özəl təhlükəsizlik işində çalışan 38 yaşlı İbrahim Xəlil Boz siqnalkəsici "Jammer 2023" adlı ayaqqabı hazırlayıb.

Publika.az xəbər verir ki, İbrahim 25 ildir bu sahədə araşdırmalar aparır. Daha əvvəl də mina yoxlamasında istifadə edilən dedektorlu kater düzəldib.

İbrahim bildirib ki, ayaqqabını dövlət qurumlarının terror bölgələrindəki əməliyyatlarından ruhlanaraq hazırlayıb. Ayaqqabı istifadəçinin mövqe məlumatlarını müəyyən edən GPS sistemi ilə çalışır və siqnalkəsici xüsusiyyətə malikdir.

Ayaqqabının masaj, soyutma və isitmə sistemi də var. Uzaqdan idarə olunan partlayıcı qurğuların idaretmə pultu ilə əlaqəsini kəsə bilir.

İbrahim bildirib ki, bu ayaqqabı sui-qəsd planlarının qarşısının alınmasında da çox işə yarayacaq. O, ayaqqabının istehsalı üçün dövlətdən maddi dəstək istəyib:

"Olduqca mükəmməl bir texnologiyaya malik olan bu ayaqqabını dövlət böyüklərimizin qorunması üçün hazırladım. Bu ayaqqabını geyinən insan həyatını 50 faizini təminat altına almış olur. Üzərində 8 aya yaxın işləmişəm. Məhsulu satışa çıxarmaq üçün dövlətdən maddi dəstək göstərməsini xahiş edirəm".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm