Tənbəllər üçün ağlasığmaz İXTİRALAR - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Tənbəllər üçün ağlasığmaz İXTİRALAR - FOTOLAR

Tənbəllik – xəstəlikdirmi, ruh halındandırmı, hər nədirsə insanların zaman-zaman yoluxacağı bir “dərdir”. Amma bu azar ötüb-keçirsə, ara-sıra tənbəlliyin ziyanı olmaz. Vay o günə ki, tənbəllik həyat tərzinə çevrilsin. O zaman qarşısıalınmaz tənbəllik ətrafındakı canlı-cansız hər şeyi özünə bənzədəcək. Yerindən tərpənməsin deyə maraqlı ixtiralara da əl atacaq.

Publika.az bunlardan bir neçəsini göstərib ki, zəhmətkeşlər təəccüblənib, tənbəllər istifadə etsin.

1. Kim deyir ki, uzandığın yerdə işləmək mümkün deyil. Uzana-uzana iş də görərsən, arada gözünün acısını da alarsan.

2. Dəbli xanım nə dəbdən, nə də tənbəlliyindən qalmaz. Bütün dırnaqları boyamaq nəyə lazım? Ayaqqabıdan hansı barmaq görünürsə, ona da boyaq çək.

3. Arada evi təmizləmək də lazımdır. Bəs pultlu oyuncaq maşınları niyə icad ediblər? Qoy bir işə yarasın!

4. Yenə də pult? Tənbəllər üçün yaxşı ixtiradır, bəs əgər o itərsə? İtsin! Dədə-baba qaydasına bir az əl gəzdirmək olar.

5. İt saxlamaq yaxşıdır. Amma onu kim gəzdirəcək? Ən yaxşısı, o səni gəzdirsin.

6. Adama gündə nə qədər zəng edərlər. Hər dəfə telefonu qaldırmaqdan yoruldum!

7. Bircə bu susamaq olmasaydı... Amma olsun, bir çarə tapılar.

8. Mətbəx çirkli qablardan tığ vurur. Bəs yeməyi nədə yeyək?

9. İdmanla məşğul olmaq istəyirəm, amma pilləkənləri çıxmağa həvəs yoxdur.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm