Bazarda kilosu 23 min manat olan YEMİŞ SATILIR - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Bazarda kilosu 23 min manat olan YEMİŞ SATILIR - FOTOLAR

Maraqlıdır ki, onların alıcıları da az deyil.

Meyvə-tərəvəz insan orqanizmi, onun sağlamlığı üçün çox faydalıdır. Əlbəttə ki, biz münasib qiymətə meyvə alıb ləzzətlə dişimizə çəkməyə öyrəşmişik. Arada qiymətlərin bahalığından şikayət də edirik, amma yapon fermerlerin yanında bizimkilər şükürlü imiş. İndi baxın, yapon seleksionerləri xüsusi yetişdirdikləri meyvə-tərəvəzi neçəyə satır. Maraqlıdır ki, onların alıcıları da az deyil.

Publika.az həmin meyvələri vo onların qiymətlərini təqdim edir:

1. “Yubari” adlı yapon yemişi. Yaponiyanın Xokkaydo adasında istixanada yetişdirilir. Üstü bəzəkli saxsı qaba bənzəyən bu yemişlər çox şirin olur. Kilosu 13 500 dollardır (təxminən 23000 manat). Hətta hərracların birində ən iri iki yemiş 27 000 dollara satılıb.

2. Qara qarpız. Bu da Xokkaydo adasında yetişdirilir. Qabığının rəngi tünd-yaşıl olduğundan demək olar ki qaraya çalır. Üstündə heç bir zolaq yoxdur. İçi çox qırmızı və şirindir. Amma qiyməti ağıza mütləq acı dad verər – 6100 dollar.

3. Rubi-roman üzümü. Üzüm deyəndə ki, hər giləsi alma boyda olar. Yaponlar iddia edirlər ki, dünya hələ belə şirin üzüm yeməyib. Tələsib yesinlər, təbii ki ala bilsələr – kilosu 10 900 dollara.

4. “Günəş manqosu” adı verilmiş subtropik meyvə. Biri təxminən 350 qram olan bu manqoların ədədi 1500 dollardan satılır.

5. Dördkünc qarpız. Yapon seleksionerlərinin xüsusi qaydada yetişdirdiyi bu qarpızın ənənəvi qarpızdan fərqi təkcə formasındadır. Amma buna baxmayaraq, yaponlar bu qarpızın kilosunu 800 dollardan satırlar.

6. Dekopon. Mandarinlə apelsinin hibridi. Yaponlar iddia edirlər ki, dənəsi 13 dollara satılan belə hibrid indiyədək heç bir seleksionerin ağlına gəlməyib. Yalana bax! Bizim Gülümsərov bu kimi limandraları icad edəndə yaponlar hardaydı?!

7. Budda formasında armud. Yaponlar yetişməkdə olan armudu ağacdaca xüsusi formalı şüşələrə salıb pul qazanırlar. Məsələn normalda armudun kilosu 9 dollara satılırsa, belə formalı armudun ədədini bu qiymətə satırlar.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm