Yaponiyalı dizaynerdən YENİ KƏŞF - “Ağıllı” divar təqvimi
Bizi izləyin

Maraq dünyası

Yaponiyalı dizaynerdən YENİ KƏŞF - “Ağıllı” divar təqvimi

Zahirən adi kağız təqvimi xatırladır.

Yaponiyalı dizayner Koşo Tsuboi smartfonla sinxronlaşdırılan və planlaşdırılmış işlər haqqında informasiyanı əks etdirən “ağıllı” divar təqvimi hazırlayıb.

Publika.az xəbər verir ki, elektron mürəkkəb (e-ink) texnologiyası əsasında işləyən təqvim “Google” şirkətinin Yaponiyada fəaliyyət göstərən “Android Experiments” proqramı çərçivəsində yaradılıb. “Google Calendar” proqramı ilə sinxronlaşdırılan, ay və ya gün üçün cədvəli əks etdirən “Magic Calendar” zahirən adi kağız təqvimi xatırladır. Qurğunun satışa çıxarılma tarixi və digər təfərrüatlar hələlik məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm