Zaqatala sakinindən qeyri-adi ixtira - - FOTO/VİDEO
Bizi izləyin

Maraq dünyası

Zaqatala sakinindən qeyri-adi ixtira - - FOTO/VİDEO

Maddi sıxıntılar ixtiraçının daha geniş miqyasda fəaliyyət göstərməsinə mane olur.

43 yaşlı Zaqatala şəhər sakini Ramiz Qarəhmədov ixtisasca istismarçı texnikdir. Məktəb çağlarından fizikaya maraq göstərən qəhrəmanımız, hələ uşaq ikən belə istifadəyə yararsız radio, maqnitafon və başqa cihazları təmir etməklə ətrafındakıları təəccübləndirib.
Publika.az
xəbər verir ki, yeni nəsə yaratmaq üçün adətən Ramiz Qaraəhmədov öncə dəmir tullantıları atılan məkanlara üz tutur.
Kimlərsə üçün faydasız sayılan istifadəyə yararsız soyuducu, paltaryuyan, komputer və başqa texniki avadanlıqların tullantıları onun üçün xammal rolunu oynayır. Bəzən isə belə xarab texnikanı nisbətən ucuz qiymətə almaqla da ehtiyat bazasını formalaşdırır.
İnkubasiya aparatını düzəltmək üçün isə qəhrəmanımız istifadəyə yararsız, atılmış soyuducu, komputerlərin içərisində olan vintilyasiya sistemləri və rəqəmsal antenanın mühərrikindən istifadə edib. Eyni vaxtda 200 ədəd toyuq yumurtasından cücə çıxarmaq iqtidarında olan bu cihazın hətta zavod istehsalı olan xələfindən üstün cəhətləri də var.
Belə ki, qurğu elektrik enerjisi kəsilsə belə 4 saatdan çox işləmək bacarığına malikdir. Maddi sıxıntılar ixtiraçının daha geniş miqyasda fəaliyyət göstərməsinə mane olur. Çünki, yeni nəsə yaratmaq üçün heçdə həmişə köhnə texnikalar yetərli olmur. Bəzən müəyyən hissələri pulla da almaq lazım gəlir.
Həmsöhbətimiz dəstək və sifarişlər olarsa, istənilən texnikanın istehsalının mümkün olduğunu bildirir. Ramiz Qarəhmədov kimi bacarıqlı, yenilikçi insanlar yetərincədir. Bəzən azacıq dəstək bu cür insanları yeni ixtiralara həvəsləndirir. (ARB Şəki)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm