Maraq dünyası
Ağlagəlməz QANUNLAR: unitazdan istifadəyə və ölümə qadağa, ancaq seksual qızlarla... - - FOTOLAR
Səyahət etməyə hazırlaşırsınız? Tələsməyin. Əvvəlcə xarici ölkələrin əcaib qanunları ilə tanış olun sonra, yola çıxarsınız. Hələ üstəlik o ölkələrdən birinin vətəndaşı olmadığınıza görə şükür də edərsiniz. Bu qanunlardan xəbərdar olmadığınız halda həmin ölkələrdə yüksək cərimə, hətta həbslə cəzalandırılmaq təhlükəsi ilə üzləşərsiniz.
Publika.az bəzi ölkələrin ağlınıza gəlməyəcək qanunlarnı bir araya toplayıb:
İtalyanlar gözəllik aşiqidirlər, bu aydındır, amma bu qədər də olmaz.
İtaliyanın Tropeya şəhərində çirkin, kök və yaşlı qadınlara çimərlikdə yarıçılpaq vəziyyətdə görünmək qadağandır. Bu şəhərdə yalnız gənc, gözəl və incə, seksual qadınlar çimərlik paltarında görünə bilərlər. Qalanları qoy, gecəlikdə çimsinlər. Üstəlik gözəllik kriteriyalarını da göstərmirlər. Yəni boy, sinə ölüçü və s. haqqında məlumat verilmir. İşdir, birdən çimərliyə getsəniz, gözəlliyinizə bel bağlamayın. Bəlkə növbətçi polisin heç zövqüncə deyilsiniz...
İtaliyanın Milan şəhərində isə qaşqabaqlı gəzə bilməzsiniz.
Dərhal cərimə olunacaqsız! Daim üzügülər olmaq tələb edilir. Çənəniz yorulsa da, üzünüz qırış kəssə də dayanmaq olmaz. Non-stop gülüş gün ərzində sizin “aksessuar”ınız olmalıdır. Gördünüz ki, üz əzələsi sözünüzə baxmır, özünüzü tez xəstəxanaya və ya matəm mərasiminə yetirin. Yalnız bu iki yerdə gülmək yasaqdır.
22:00-dan sonra unitaz işlətmək qadağandır!
Dünyanın ən zəngin, qanunpərəst, demokratik ölkələrindən olan İsveçrədə gecə saat 22:00-dan sonra unitaz işlətmək qadağandır! Birdən bədəniniz dözməsə, onda sabaha qədər unitazın suyunu basmadan üfunətə dözməli olacaqsınız. Çünki unitaz sifonunun səsi qonşulara mane ola, onları yuxudan oyada bilər. Odur ki, İsveçrədə “iş”inizi gecəyə saxlamayın.
Yaponiyada 2009-cu ildən artıq çəkiyə qadağa qoyulub.
Kişilərdə bel nahiyəsi 79, qadınlarda isə 65-dən yuxarı ola bilməz. İnsanları arıq saxlamağın ən yaxşı yolu cərimədən keçirmiş. Ona görə də yaponlar dünyanın ən formada olan insanlarıdırlar. Təbii ki, bu qanun Sumo güləşçilərinə şamil edilmir. Yoxsa bu idman növü tarixə qarışardı.
Sinqapurda saqqız çeynəmək yasaqdır.
Bu ölkədə saqqız nə istehsal, nə də idxal edilir. Yalnız apteklərdə satılan diş sağlamlığı üçün nəzərdə tutulan saqqızlardan başqa. O da ciddi həkim nəzarəti altında. Bunu belə izah edirlər ki, saqqız metro qapılarına yapışıb nəqliyyatın işinə mane olur...
İngiltərənin Vestminister sarayının həndəvərində ölmək yasaqdır.
Buralarda ölmək yalnız kral ailəsinə məxsusdur. Belə baxanda haqq vermək olar: kralsayağı yaşamadınsa kral kimi ölməyin nə mənası var?! Ölməyə yer qəhətdirmi?
Fransada böyük imperator Napaleon Bonapartın adını donuza vermək olmaz.
Qanun bu şəxsdəri sərt cəzalandırır. Amma iti, pişiyi, tutuquşunu, bir sözlə digər heyvanları Napaleon adlandırmaq olar. Sonra da deyirlər donuzdan bircə müsəlmanların acığı gəlir. Yeri gəlmişkən, biz də Napaleonun adını yaşadırıq axı... Ən çox xərc aparan şirniyyatlardan birinə bu fransız fatehin adını vermişik.
Şəfiqə ŞƏFA
-
Nida Xəbər 17:13
Baş nazir bu qaydaları təsdiqlədi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək